Güclü sel Siyəzən-Məşrif avtomobil yolundakı körpünü uçurub.
Bizim.Media xəbər verir ki, Gilgilçay üzərindəki körpü aprelin 6-sı səhər saatlarında dağılıb.
Siyəzən-Məşrif avtomobil yolundan Siyəzən və Şabran rayonlarının 20-dən çox yaşayış məntəqəsinin sakinləri, həmçinin “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinə gələn qonaqlar istifadə edirdi.
Körpünün dağılması nəticəsində ərazidən keçən qaz və rabitə xətləri də sıradan çıxıb. Bununla əlaqədar əraziyə təbii qazın verilişi məhdudlaşdırılb, rabitə əlaqəsi kəsilib.
Bizim.Media