Əslən Basarkeçərdən olan 70-ə yaxın gənc təltif edildi - FOTO

Aprelin 5-də Qərbi Azərbaycan İcmasının Basarkeçər Rayon İcmasının təşkilatçılığı ilə əslən Basarkeçərdən olan və 2025-ci ildə müxtəlif sahələrdə uğur qazanmış gənclərlə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə Basarkeçər Rayon İcmasının sədri tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Nuru Bayramov tədbirin məqsədinin ötən il müxtəlif sahələrdə uğur qazanmış gənclərin nailiyyətlərini qeyd etmək və onların fəaliyyətini stimullaşdırmaq olduğunu söyləyib.
 

Sonra çıxış edən İcmanın Ağsaqqallar Şurasının sədri, akademik, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycan gənclərinin hər zaman ictimai fəallıqları ilə seçildiyini bildirib. Qeyd edib ki, gənclər cəmiyyətin inkişafında əsas hərəkətverici qüvvədir və onların təşəbbüskarlığı ölkənin inkişafına mühüm töhfə verir.


Akademik həmçinin vurğulayıb ki, Qərbi Azərbaycanla bağlı həqiqətlərin qorunması və beynəlxalq müstəvidə təbliği istiqamətində gənclərin iştirakı xüsusi əhəmiyyət daşıyır və bu sahədə onlara hər zaman dəstək göstərməyə hazırdır.

Tədbirdə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Basarkeçər rayonunun Qərbi Azərbaycan tarixində və ictimai həyatında xüsusi yer tutduğunu vurğulayıb. Qeyd edib ki, Basarkeçər bölgəsi Qərbi Azərbaycanda azərbaycanlıların ən sıx yaşadığı rayonlardan biri olmaqla yanaşı, həm də geniş coğrafiyanı əhatə edən böyük mahalın tərkib hissəsi olub.

Tarixən Basarkeçər rayonu həm təhsil, həm də ictimai fəallıq baxımından seçilib və ali məktəblərə qəbul göstəricilərinə görə daim ön sıralarda yer alıb. Bu rayonun yetirmələri Qərbi Azərbaycan İcmasının formalaşmasında, təşkilatlanmasında və fəaliyyətində hər zaman mühüm rol oynayıblar və bu ənənə davam edir.
 

Ə.Ələkbərli çıxışında gənclərin uğurlarının yüksək qiymətləndirildiyini qeyd edərək bildirib ki, bu nailiyyətlər gələcək nəsillər üçün örnəkdir. O vurğulayıb ki, Qərbi Azərbaycan İcmasının yaradılması tarixi torpaqlara qayıdış ideyasının həyata keçirilməsi baxımından mühüm bir mərhələdir və bu, dövlət səviyyəsində dəstəklənən strateji istiqamətdir. Deputat bu istiqamətdə keçirilən beynəlxalq tədbirlərdə və qəbul olunan sənədlərdə qayıdış məsələsinin prioritet kimi irəli sürüldüyünü diqqətə çatdırıb.


Tədbirdə, həmçinin Milli Məclisin deputatlarından Aydın Mirzəzadə, Rizvan Nəbiyev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, deputat Qaya Məmmədov çıxış ediblər. Çıxışlarda gənclərin potensialının daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Həmçinin vurğulanıb ki, Qərbi Azərbaycan mövzusu bu gün yalnız regional deyil, eyni zamanda, milli kimlik və tarixi yaddaş məsələsidir. Gənclər Qərbi Azərbaycan həqiqətlərini dərindən öyrənməli, bu istiqamətdə maariflənməli və gələcəkdə bu ideyanın daşıyıcısı olmalıdırlar.
 

Daha sonra gənclərdən idman sahəsində nailiyyət qazanan Leyla Camalzadə, təhsil sahəsində fərqlənən Murad Əliyev, sosial fəaliyyət və liderlik istiqamətində uğur qazanan Nicat Əliyev, karyera və peşə sahəsində uğur əldə etmiş Başxanım Mahmudlu çıxış edərək gələcək hədəfləri barədə fikirlərini bölüşüblər.


Sonda ötən il müxtəlif sahələrdə uğur qazanmış 70-ə yaxın gənc Basarkeçər Rayon İcması tərəfindən təltif olunub.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vüqar Namiq Qaraçuxurlu ilə arasında baş verənlərdən DANIŞDI

Vüqar Namiq Qaraçuxurlu ilə arasında baş verənlərdən DANIŞDI

Əslən Basarkeçərdən olan 70-ə yaxın gənc təltif edildi - FOTO

Əslən Basarkeçərdən olan 70-ə yaxın gənc təltif edildi - FOTO

Polşa bu üç ölkə ilə vizasız rejimi LƏĞV EDİR

Polşa bu üç ölkə ilə vizasız rejimi LƏĞV EDİR

Məscidə qanla xaç çəkildi: Müsəlmanlara açıq təhdid

Məscidə qanla xaç çəkildi: Müsəlmanlara açıq təhdid

Verilişi bağlanan Zaur Kamal istirahətə yollandı - FOTO

Verilişi bağlanan Zaur Kamal istirahətə yollandı - FOTO

Rafael İsgəndərov nəvəsi ilə - FOTO

Rafael İsgəndərov nəvəsi ilə - FOTO

"Allah heç bir insanı böyük sevgiyə düçar etməsin" - VİDEO

"Allah heç bir insanı böyük sevgiyə düçar etməsin" - VİDEO

Tramp: “Putin NATO-dan qətiyyən qorxmur”

Tramp: “Putin NATO-dan qətiyyən qorxmur”

Eldar Əzizov Keşlədə sökülən evin yerinə baxış keçirdi - FOTO/VİDEO

Eldar Əzizov Keşlədə sökülən evin yerinə baxış keçirdi - FOTO/VİDEO

Tramp hospitala yerləşdirilib? - Şayiələr internetdə yayılıb

Tramp hospitala yerləşdirilib? - Şayiələr internetdə yayılıb

Overçuk: “Ermənistan Avropa İttifaqına daxil olarsa, Rusiya ilə hava əlaqəsi olmayacaq”

Overçuk: “Ermənistan Avropa İttifaqına daxil olarsa, Rusiya ilə hava əlaqəsi olmayacaq”

"Fənərbağça" son dəqiqələrdə "Beşiktaş"a qalib gəldi - VİDEO

"Fənərbağça" son dəqiqələrdə "Beşiktaş"a qalib gəldi - VİDEO

ABŞ senatoru Trampın İrana nalayiq müraciətini SƏRT TƏNQİD ETDİ

ABŞ senatoru Trampın İrana nalayiq müraciətini SƏRT TƏNQİD ETDİ

Rusiya Hörmüz boğazı yaxınlığında atom sualtı qayığı yerləşdirib?

Rusiya Hörmüz boğazı yaxınlığında atom sualtı qayığı yerləşdirib?

ABŞ hərbçiləri tarixinin ən cəsarətli əməliyyatlarından birini necə həyata keçirib?

ABŞ hərbçiləri tarixinin ən cəsarətli əməliyyatlarından birini necə həyata keçirib?

Kanadada NHL oyunu zamanı qadın arenada uşaq dünyaya gətirdi

Kanadada NHL oyunu zamanı qadın arenada uşaq dünyaya gətirdi

Netanyahu Trampı amerikalı pilotun xilas edilməsi münasibətilə təbrik etdi

Netanyahu Trampı amerikalı pilotun xilas edilməsi münasibətilə təbrik etdi

Hərbi Prokurorluğun qarşısında maşın yandı - FOTO/VİDEO

Hərbi Prokurorluğun qarşısında maşın yandı - FOTO/VİDEO

19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü

19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Qusar rayonunda son iki gündə yağan güclü yağışların vurduğu ziyan - VİDEO

Qusar rayonunda son iki gündə yağan güclü yağışların vurduğu ziyan - VİDEO

Tramp İrana qarşı ultimatumun vaxtını DƏYİŞDİ: Çərşənbə axşamı, saat 20:00-a qədər...

Tramp İrana qarşı ultimatumun vaxtını DƏYİŞDİ: Çərşənbə axşamı, saat 20:00-a qədər...

Tehran Hörmüz boğazı ilə bağlı şərtini açıqladı

Tehran Hörmüz boğazı ilə bağlı şərtini açıqladı

Kafedra müdiri qəfil vəfat etdi - FOTO

Kafedra müdiri qəfil vəfat etdi - FOTO

End of content

No more pages to load

RADİO