Ötən gündən başlayaraq şimal bölgəsinin dağlıq ərazilərinə qar yağıb.
Qubadakı Şimal-Şərq Hidrometerologiya Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, ətraf ağ örpəyə bürünüb.
Qubanın Qrız kəndində qarın hündürlüyü 20, Xınalıq kəndində 17 sm-ə çatıb. Bölgənin digər ərazilərində isə güclü yağış qeydə alınıb.
Fəsadlar barədə hələlik məlumat yoxdur.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu