Özünü Ramiz Əzizbəylinin kürəkəni kimi təqdim edən şəxs SAXLANILDI – FOTO

Bakıda zərərçəkmiş şəxsin külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməldə təqsirli bilinən 36 yaşlı Rüfət Qasımzadə və 37 yaşlı Məmməd Məmmədzadə saxlanılıblar.
 

Araşdırmalarla müəyyən edilib ki, R.Qasımzadə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı M.Məmmədzadə ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib. O, zərərçəkmişə geniş əlaqələrinin olduğunu və qızıl-zinət əşyalarının satışını həyata keçirdiyini bildirməklə onun etibarını qazanıb.


Daha sonra saxlanılan şəxslər qızıl-zinət əşyalarının satışı ilə məşğul olmaq adı ilə zərərçəkəndən müxtəlif vaxtlarda ümumilikdə 317 500 manat pul vəsaiti alaraq həmin məbləği öz aralarında bölüblər. Nəticədə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq ediblər.

Zərərçəkmiş şəxs ifadəsində sonuncu dəfə pulun bir hissəsini Bakı Dəniz Vağzalı ərazisində həmin şəxslərə təqdim etdiyini bildirib. Bu səbəbdən iş üzrə istintaq araşdırmaları Su Nəqliyyatında Polis İdarəsində aparılıb.
 

Faktla bağlı R.Qasımzadə və M.Məmmədzadə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) cinayət işi başlanılıb və hər iki şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.


Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, R.Qasımzadə ozünü mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni kimi təqdim edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Taksilərdə xidmət haqqı yenidən bahalaşa bilər

Taksilərdə xidmət haqqı yenidən bahalaşa bilər

Raquf Orucovun anım mərasimi keçirildi - FOTO

Raquf Orucovun anım mərasimi keçirildi - FOTO

Azərbaycanlı deputat Türkiyədə zədələndi – VİDEO

Azərbaycanlı deputat Türkiyədə zədələndi – VİDEO

İran ABŞ-la danışıqlar üçün Pakistana getməkdən imtina edib?

İran ABŞ-la danışıqlar üçün Pakistana getməkdən imtina edib?

65 dollardan hesablanıb, indi 142 dollardır - Qiymətə yenidən baxılacaq?

65 dollardan hesablanıb, indi 142 dollardır - Qiymətə yenidən baxılacaq?

Bəxti açılan bürclər - Çətinliklər geridə qaldı

Bəxti açılan bürclər - Çətinliklər geridə qaldı

Bu yolda sürət həddi ENDİRİLDİ

Bu yolda sürət həddi ENDİRİLDİ

Simonyan: "Rusiya qazın qiymətini artırsa, Ermənistan KTMT və Aİİ-dən çıxacaq"

Simonyan: "Rusiya qazın qiymətini artırsa, Ermənistan KTMT və Aİİ-dən çıxacaq"

Şimal bölgəsinin media nümayəndələri “Mediada Azərbaycan dili” təlimlərinə cəlb olundu - FOTO

Şimal bölgəsinin media nümayəndələri “Mediada Azərbaycan dili” təlimlərinə cəlb olundu - FOTO

Zelenski Türkiyəyə GETDİ

Zelenski Türkiyəyə GETDİ

Əli Əsədov leysan yağışların vurduğu zərərlə bağlı TAPŞIRIQLAR VERDİ

Əli Əsədov leysan yağışların vurduğu zərərlə bağlı TAPŞIRIQLAR VERDİ

Bu heyvanların kəsilməsi qadağan OLUNA BİLƏR

Bu heyvanların kəsilməsi qadağan OLUNA BİLƏR

Xəzər dənizinin yox olma riski var? - Rusiyalı alimdən təəccübləndirən AÇIQLAMA

Xəzər dənizinin yox olma riski var? - Rusiyalı alimdən təəccübləndirən AÇIQLAMA

Növbəti humanitar yardım İrana YOLA SALINDI

Növbəti humanitar yardım İrana YOLA SALINDI

PSJ öz meydanında qalib gəldi - VİDEO

PSJ öz meydanında qalib gəldi - VİDEO

DTX-də general-leytenantların sayı 3-ə çatdı

DTX-də general-leytenantların sayı 3-ə çatdı

Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ

Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ

Özünü Ramiz Əzizbəylinin kürəkəni kimi təqdim edən şəxs SAXLANILDI – FOTO

Özünü Ramiz Əzizbəylinin kürəkəni kimi təqdim edən şəxs SAXLANILDI – FOTO

İrana göndərilən növbəti humanitar yardım buraxılış məntəqəsinə daxil oldu - FOTO

İrana göndərilən növbəti humanitar yardım buraxılış məntəqəsinə daxil oldu - FOTO

Səyyar ASAN xidmət Türkiyədə...

Səyyar ASAN xidmət Türkiyədə...

Türkiyəli nazir Zəngəzur dəhlizinin nə vaxt istifadəyə veriləcəyindən DANIŞDI

Türkiyəli nazir Zəngəzur dəhlizinin nə vaxt istifadəyə veriləcəyindən DANIŞDI

Aprelin 5-də yola çıxanların DİQQƏTİNƏ

Aprelin 5-də yola çıxanların DİQQƏTİNƏ

Nizami Kino Mərkəzinin divarları üçün boya sifariş edildi - FOTO

Nizami Kino Mərkəzinin divarları üçün boya sifariş edildi - FOTO

İran ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyinə zərbə endirib

İran ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyinə zərbə endirib

End of content

No more pages to load

RADİO