Siyəzən Rayon İcra Hakimiyyəti rayonda 10 nəfərə yaxın sakinin dəm qazından zəhərlənməsi faktına münasibət bildirib.
Qurumun sektor müdiri Elvin Kərimov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, dəm qazı zəhərlənməsi barədə deyilənlərin əsası yoxdur.
Qaz idarəsi tərəfindən hər hansı sızma halını müəyyən etmək üçün qazın tərkibinə odaron maddəsi qatılıb. Bundan istifadə edən bəzi işbazlar şayiə yayaraq qazın zəhərli olması barədə şayiələr yayıblar. Bu da bəzi sakinlərdə çaşqınlıq və panika yaradıb.
Özünü narahat edən insanlar xəstəxanaya müraciət edib. Onlar qazdan gələn iyi zəhərli hesab edib panikaya düşüblər. Təşviş keçirən sakinlər Siyəzən rayon mərkəzi xəstəxanasında müayinədən sonra evlərinə qayıdıblar.
***10:03
Siyəzən rayonunda kütləvi şəkildə dəm qazı zəhərlənməsi qeydə alınıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, gecə saatlarında 10 nəfərə yaxın şəxs dəm qazından zəhərlənmə ehtimalı ilə Siyəzən rayon mərkəzi xəstəxanasına gətirilib.
Həmin şəxslər ürək bulanma və baş ağrısından şikayətləniblər. Hazırda tibb müəssisəsində özünü halsız hiss edən sakinlərə ilk tibbi yardım göstərilir.
Fakt üzrə araşdırma başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu