Zaqataladan olan şəhid atası bu gün 88 yaşında vəfat edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatalanın Yengiyan kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidi Nəcəf Aslanovun atası Zamayıl Aslanov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Mərhum sabah doğulduğu Yengiyan kənd qəbiristanlığında dəfn olunacaq.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu