Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin ADLARI

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, bunlar 2009-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 11-ci sinif şagirdi Bərxudayeva Münəvvər Taleh qızı, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 10-cu sinif şagirdi Muradi Layla Samir qızı, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Qaraşlı Şəfiqə Farid qızı və 2006-cı ildə İranda anadan olmuş, 01.09.2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ardeshir Seyfpour Saad Abadidir.
 

MÖVZU İLƏ BAĞLI:

Nizami Kino Mərkəzinin binasına ciddi ziyan vuruldu – FOTO


Ardeshir Seyfpour Saad Abadi qraffiti dizaynerdir və “İnstagram”da “temacreworiginal” adlı hesabda öz qraffiti nümunələrini paylaşıb.

Ardeshir Seyfpour Saad Abadinin atası Omid Seyfpour Saad Abadi 2024-cü ildən Azərbaycanda yaşayır, “Denizkala” şirkətində menecer işləyir.

Layla Muradinin atası Muradi Samir “Best Events” MMC şirkətinin baş direktorudur.

Şəfiqə Qaraşlının atası Qaraşov Farid taksi fəaliyyəti ilə məşğul olur. Münəvvər Bərxudayevanın atası Bərxudayev Taleh isə “Hallibörton Yeureyja Limited” şirkətinin filialında xidmət operatorudur.

Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası müdaxiləyə məruz qalıb.

Adları qeyd olunan şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Binaya edilmiş müdaxilə qısa müddət ərzində aradan qaldırılıb, ilkin görünüş bərpa olunub. Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi faktı üzrə cinayət işi açılıb. Vurğulayaq ki, hadisə ictimai rəydə müzakirələrə və qınağa səbəb olub. Bakının mərkəzində tarixi-mədəni abidənin divarının zədələnməsi vandallıq aktı kimi qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Baba Vəziroğlu QƏZƏBLƏNDİ: “Hələ Rasim Balayevin torpağı yaşdır, ayıbdır!” - EKSKLÜZİV

Baba Vəziroğlu QƏZƏBLƏNDİ: “Hələ Rasim Balayevin torpağı yaşdır, ayıbdır!” - EKSKLÜZİV

Del Pyero İtaliya milli komandasını dünya futbolunun gülüş obyekti adlandırıb

Del Pyero İtaliya milli komandasını dünya futbolunun gülüş obyekti adlandırıb

"10 yaşımda metronun qabağında qələm satırdım"

"10 yaşımda metronun qabağında qələm satırdım"

İranlı fermerin VİDEOSU gündəm oldu: Tüfənglə ABŞ helikopterini “vurdu”

İranlı fermerin VİDEOSU gündəm oldu: Tüfənglə ABŞ helikopterini “vurdu”

Şahin Mustafayev Çin səfiri ilə GÖRÜŞDÜ

Şahin Mustafayev Çin səfiri ilə GÖRÜŞDÜ

Azərbaycandan Yunanıstana qaz təchizatının həcmi AÇIQLANDI

Azərbaycandan Yunanıstana qaz təchizatının həcmi AÇIQLANDI

5 bürcün qara günləri bitir: Apreldə həyatları tam dəyişir

5 bürcün qara günləri bitir: Apreldə həyatları tam dəyişir

"Restoranımızda yeyib hesabı ödəmirdilər, icarəyə verdik"

"Restoranımızda yeyib hesabı ödəmirdilər, icarəyə verdik"

La Liqada ən çox maaş alan FUTBOLÇULAR: Ayda 3 milyon qazanırlar

La Liqada ən çox maaş alan FUTBOLÇULAR: Ayda 3 milyon qazanırlar

Pensiyalar yenə artacaq?

Pensiyalar yenə artacaq?

İran artıq qələbəsini elan edə bilər

İran artıq qələbəsini elan edə bilər

"Paketli qidalara birmənalı olaraq təhlükəli deməyimiz düzgün yanaşma olmaz" - AÇIQLAMA

"Paketli qidalara birmənalı olaraq təhlükəli deməyimiz düzgün yanaşma olmaz" - AÇIQLAMA

“Sabah” “Qarabağ”ın jestinə belə cavab verdi – VİDEO

“Sabah” “Qarabağ”ın jestinə belə cavab verdi – VİDEO

"Uzak Şehir"də əsas obraz heyətdən ayrıldı - FOTO

"Uzak Şehir"də əsas obraz heyətdən ayrıldı - FOTO

Putin və Ərdoğan arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə olundu?

Putin və Ərdoğan arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə olundu?

"Qızım mənə "ana" demir"

"Qızım mənə "ana" demir"

Küçə "incəsənət"inin uşaqları və ya mədəni mirasa hücum - ŞƏRH

Küçə "incəsənət"inin uşaqları və ya mədəni mirasa hücum - ŞƏRH

Hər kəsə yaxşı davranıb ən çox üzülən 3 bürc

Hər kəsə yaxşı davranıb ən çox üzülən 3 bürc

"Kuruluş Orhan"da 2 AYRILIQ - FOTOlar

"Kuruluş Orhan"da 2 AYRILIQ - FOTOlar

Ülviyyə İlyasova yenidən hakim qarşısında

Ülviyyə İlyasova yenidən hakim qarşısında

Almaniya Azərbaycana biznes-missiya GÖNDƏRƏCƏK

Almaniya Azərbaycana biznes-missiya GÖNDƏRƏCƏK

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezident təqaüdü TƏYİN EDİLDİ

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezident təqaüdü TƏYİN EDİLDİ

Liftdə köməksiz qalan qadın belə xilas edildi – VİDEO

Liftdə köməksiz qalan qadın belə xilas edildi – VİDEO

Bakıda torpaq qiymətləri harada daha ucuzdur? – AÇIQLAMA

Bakıda torpaq qiymətləri harada daha ucuzdur? – AÇIQLAMA

End of content

No more pages to load

RADİO