Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən bir qrup şəxsin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, təltif edilənlər sırasında Raqif Deputat oğlu İsayev də var.
Xatırladaq ki, Raqif İsayev 1980-ci ildə anadan olub.
O, ANAMA-nın əməkdaşı kimi minatəmizləmə fəaliyyətində iştirak edib. 2024-cü il 21 iyun tarixində Cəbrayıl rayonu ərazisində sursat partlayışı nəticəsində həyatını itirib.

Bizim.Media