BİZİM TƏQVİM: 4 apreldə baş vermiş tarixi hadisələr

1997-ci ildən başlayaraq hər 4 aprel tarixi bütün dünyada mina təhlükəsizliyi barədə maarifləndirmə və minalardan təmizləmə fəaliyyətinə yardım günü olaraq qeyd edilir. Hər il dünya üzrə minalardan təmizləmə fəaliyyəti nəticəsində 100 kvadrat kilometrdən çox ərazi minalardan təmizlənir, 7 milyondan çox insana təhlükədən necə müdafiə olunmaq öyrədilir.

Bəs, 4 apreldə dünyada daha hansı hadisələr baş verib?

1. 4 aprel 1814-cü ildə Napoleon taxtdan ilk dəfə geri çəkilib.

2. 1913-cü ilin 4 aprelində Osmanlı dövlətində “Qadınlar dünyası” adlı jurnalın ilk sayı çıxıb. Jurnalın məqsədi qadın hüquqları, azadlıqları, onların maarifləndirilməsi, iş və sosial həyatda fəaliyyətinin təmin edilməsindən ibarət idi.

3. 4 aprel 1949-cu ildə Vaşinqtonda Şimali Atlantika müqaviləsi imzalanıb. NATO adlanan bu blok uzun müddət Varşava müqaviləsinin üzvü olan ölkələrə qarşı dayanan başlıca hərbi qüvvə olub. Amma “Soyuq müharibə” başa çatdıqdan sonra da NATO fəaliyyətini dayandırmayıb, əksinə Şərqə doğru genişlənib. 

4. 1953-cü ilin bu günü Türkiyə Dəniz Qüvvələrinə bağlı Dumlupınar sualtı gəmisi NATO təlimindən qayıdarkən Çanaqqala boğazında İsveç gəmisi “Naboland”la toqquşaraq batdı.  81 türkiyəli dənizçisinin şəhid olduğu 4 aprel tarixi Dəniz Şəhidlərini Anma Günü elan edildi.
5. 1992-ci ilin 4 aprelində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasına dair protokol imzalanıb.

4 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Amerika Birləşmiş Ştatlarında vətəndaş hüquqları və irqi bərabərlik uğrunda hərəkatın lideri, Nobel Sülh Mükafatını qazanmış Martin Lüter Kinq 1968-ci ilin bu günü Tennesi ştatının Memfis şəhərində qətlə yetirilib.

2. 4 aprel 1979-cu ildə Pakistanın baş naziri Zülfüqar Əli Butto asılaraq edam edildi.

3. Bu gün Türkiyənin böyük siyasi xadimi Alparslan Türkeşin xatirə günüdür. 4 aprel 1997-ci ildə vəfat edən Alparslan Türkeş özünün bütün şüurlu həyatını böyük türk millətinə və türk dünyasının maraqlarına həsr edib. Məhz bu xidmətlərinə görə ona Başbuğ ləqəbi verilib.

4. Xalq artisti Muxtar Maniyev 1935-ci ilin 4 aprelində anadan olub.

5. Azərbaycanın Milli Qəhrəmanı Rəfael Həbibov 1964-cü ilin bu günündə dünyaya göz açıb.

6. Xalq şairi Qabil 4 aprel 2007-ci ildə dünyasını dəyişib.

7. Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov 4 aprel 2016-cı ildə Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yol Polisi sürücülərə MÜRACİƏT ETDİ

Yol Polisi sürücülərə MÜRACİƏT ETDİ

Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar

Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar

Günün qoroskopu: Gəlirlərinizi artırmaq üçün yeni yollar axtara bilərsiniz

Günün qoroskopu: Gəlirlərinizi artırmaq üçün yeni yollar axtara bilərsiniz

30,3 milyon dollara ehtiyac var - ÜST

30,3 milyon dollara ehtiyac var - ÜST

8-ci seriyanın istehsalı dayandırılır

8-ci seriyanın istehsalı dayandırılır

Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır – FOTO

Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır – FOTO

İlham Əliyev: “Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək” - FOTO

İlham Əliyev: “Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək” - FOTO

“Koroğlu"dakı köhnəlmiş marşrut lövhələri niyə YENİLƏNMİR? – Rəsmi AÇIQLAMA

“Koroğlu"dakı köhnəlmiş marşrut lövhələri niyə YENİLƏNMİR? – Rəsmi AÇIQLAMA

GÜNÜN HAVASI: 19 dərəcə isti, qar...

GÜNÜN HAVASI: 19 dərəcə isti, qar...

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verib

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verib

BİZİM TƏQVİM: 4 apreldə baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 4 apreldə baş vermiş tarixi hadisələr

Azərbaycanın pul bazarı üzrə göstəriciləri məlum oldu - CƏDVƏL

Azərbaycanın pul bazarı üzrə göstəriciləri məlum oldu - CƏDVƏL

Makron Çinə qarşı birləşməyə çağırdı

Makron Çinə qarşı birləşməyə çağırdı

Niderlandda dünyada ilk “günəş” plitəsi hazırlandı – FOTO

Niderlandda dünyada ilk “günəş” plitəsi hazırlandı – FOTO

NASA-nın xərcləri azaldılacaq

NASA-nın xərcləri azaldılacaq

"Fatih" yeni serialda

"Fatih" yeni serialda

Azərbaycanda debet kartları ilə aparılmış əməliyyatların HƏCMİ

Azərbaycanda debet kartları ilə aparılmış əməliyyatların HƏCMİ

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

End of content

No more pages to load

RADİO