Bu əməli törədənlər 14 ilədək HƏBS OLUNACAQ

Terror təşkilatı yaratma, yaxud həmin təşkilata və ya onun struktur bölməsinə rəhbərlik etmə 10 ildən 14 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif olunan yeni - 214-4-cü maddədə əksini tapıb.

Layihəyə əsasən, terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak isə 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Maddənin qeyd hissəsində nəzərdə tutulur ki, terror təşkilatına üzv olan və ya onun fəaliyyətində iştirak edən şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla cinayət əməllərinin qarşısının alınmasına, terror təşkilatını yaratmış, ona rəhbərlik etmiş, fəaliyyətində iştirak etmiş və ya onu maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
 

Bundan başqa, Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə (214-1) və terrorçuluğa açıq çağırışlar (214-2) maddələrində, həmçinin “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunun 1-ci maddəsində texniki dəyişikliklər nəzərdə tutulub.


Qanun layihəsinə əsasən, Cinayət Məcəlləsinin 282-ci maddəsi yeni redaksiyada verilir. Belə ki, 282.1-ci maddəyə elmi-texniki potensialı zəiflətmək məqsədi, habelə kritik informasiya infrastrukturu, enerji, nəqliyyat və telekommunikasiya şəbəkələrinin normal fəaliyyətinin pozulması kimi yeni obyektlər əlavə edilir. Həmçinin, təxribatın törədilmə üsullarına əməli süni intellekt texnologiyalarından və xüsusi proqram təminatlarından istifadə halları da daxil edilir. 

Layihəyə əsasən, 282.2-ci maddədə bir sıra yeni ağırlaşdırıcı hallar nəzərdə tutulur. 

Bu ağırlaşdırıcı hallara təxribatın cinayətkar birlik tərəfindən törədilməsi, fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterli fövqəladə mühit rejimi, habelə kütləvi iğtişaşlar zamanı törədilməsi, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi, ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olması aiddir. 

282-ci maddənin qeyd hissəsinə əsasən, təxribatın hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu legioner də “Qarabağ”dan AYRILA BİLƏR

Bu legioner də “Qarabağ”dan AYRILA BİLƏR

Tramp: “Hörmüz boğazını asanlıqla aça bilərik” – FOTO

Tramp: “Hörmüz boğazını asanlıqla aça bilərik” – FOTO

DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü qeyd olundu – FOTO/VİDEO

DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü qeyd olundu – FOTO/VİDEO

Ölümündən sonra təltif olunan Raqif İsayev KİMDİR? - FOTO

Ölümündən sonra təltif olunan Raqif İsayev KİMDİR? - FOTO

İran dünyada ərzaq qiymətlərinin artmasına səbəb olub

İran dünyada ərzaq qiymətlərinin artmasına səbəb olub

Valideynlərini bıçaqlayan 18 yaşlı oğlan ÖVLADLIĞA götürülübmüş - SENSASİON DETALLAR/ ÖZƏL

Valideynlərini bıçaqlayan 18 yaşlı oğlan ÖVLADLIĞA götürülübmüş - SENSASİON DETALLAR/ ÖZƏL

İranda vurulan ABŞ-ın “F-35” qırıcısının pilotunu sağ tapanlara mükafat VERİLƏCƏK – VİDEO

İranda vurulan ABŞ-ın “F-35” qırıcısının pilotunu sağ tapanlara mükafat VERİLƏCƏK – VİDEO

ABŞ müdafiə büdcəsini rekord həddə çatdıracaq

ABŞ müdafiə büdcəsini rekord həddə çatdıracaq

Prezident Azərbaycanın səfirlik və nümayəndəlikləri haqqında əsasnamələri TƏSDİQLƏDİ

Prezident Azərbaycanın səfirlik və nümayəndəlikləri haqqında əsasnamələri TƏSDİQLƏDİ

ADY mobil tədbiqini yükləyənlərin sayı 400 mini ötdü – VİDEO

ADY mobil tədbiqini yükləyənlərin sayı 400 mini ötdü – VİDEO

“Sənət” adı ilə VANDALİZM – Nizami Kino Mərkəzinə qarşı hörmətsizlik və valideyn məsuliyyətinin ÖNƏMİ

“Sənət” adı ilə VANDALİZM – Nizami Kino Mərkəzinə qarşı hörmətsizlik və valideyn məsuliyyətinin ÖNƏMİ

Moskvada terror aktının qarşısı alınıb

Moskvada terror aktının qarşısı alınıb

Azərbaycan bu ölkələr arasında İLK ONLUQDADIR

Azərbaycan bu ölkələr arasında İLK ONLUQDADIR

Prezident bu şəxsləri təltif etdi – ADLAR

Prezident bu şəxsləri təltif etdi – ADLAR

Qadınların 3 ildə aşkarladığı minaların sayı...

Qadınların 3 ildə aşkarladığı minaların sayı...

Təxribatın törədilmə üsullarına süni intellekt də daxil edildi

Təxribatın törədilmə üsullarına süni intellekt də daxil edildi

SEPAH: “ABŞ pilotları əsir götürülüb” – VİDEO

SEPAH: “ABŞ pilotları əsir götürülüb” – VİDEO

Azərbaycanda kommunal xidmətlərdə vahid abonent bazası yaradılır

Azərbaycanda kommunal xidmətlərdə vahid abonent bazası yaradılır

Azərbaycan və Hindistan nümayəndələri görüşüb - FOTO

Azərbaycan və Hindistan nümayəndələri görüşüb - FOTO

Bu əməli törədənlər 14 ilədək HƏBS OLUNACAQ

Bu əməli törədənlər 14 ilədək HƏBS OLUNACAQ

Azərbaycanda alınan sürücülük vəsiqələri bu ölkədə də TANINACAQ

Azərbaycanda alınan sürücülük vəsiqələri bu ölkədə də TANINACAQ

Pensiyaya çıxmağa hazırlaşanların NƏZƏRİNƏ!

Pensiyaya çıxmağa hazırlaşanların NƏZƏRİNƏ!

İlon Maskın atası oğlunun məktəbdə “axmaq” adlandırılmasından danışıb - VİDEO

İlon Maskın atası oğlunun məktəbdə “axmaq” adlandırılmasından danışıb - VİDEO

Cavad Zərif: “Biz dövlətçilik öyrədəndə, siz hələ Daş dövründə idiniz” – FOTO

Cavad Zərif: “Biz dövlətçilik öyrədəndə, siz hələ Daş dövründə idiniz” – FOTO

End of content

No more pages to load

RADİO