Mənzildən istifadə hüququ hansı hallarda dövlət qeydiyyatına alına bilər?

Ali Məhkəmənin İnzibati kollegiyası yaşayış sahəsindən istifadə hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə məhkəmədən məlumat verilib.
 

Bildirilib ki, iddiaçılar Abşeron rayonu Novxanı kəndində yerləşən bağ evi üzərində istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını tələb etmiş, lakin inzibati orqan bu hüququn qeydiyyatının qanunvericilikdə nəzərdə tutulmadığını bildirərək müraciəti təmin etməmişdir.


Birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək istifadə hüququnun reyestrdə qeydiyyata alınmalı olduğunu qeyd etsə də, apellyasiya instansiya məhkəməsi mübahisəyə fərqli mövqedən yanaşmış, iddiaçıların istifadə hüququnun ailə münasibətlərindən yarandığını və bu səbəbdən qeydiyyata alınmalı olmayan hüquq olduğunu əsas gətirərək dövlət reyestrində qeydiyyatı zəruri hesab etməyib.

Ali Məhkəmə isə mübahisəyə fərqli hüquqi yanaşma tətbiq edərək vurğulamışdır ki, mülkiyyət hüququ mütləq deyil və onun həyata keçirilməsi digər şəxslərin hüquq və maraqları ilə ədalətli və ağlabatan tarazlıq əsasında təmin olunmalıdır.

Bu baxımdan yaşayış sahəsindən istifadə hüququnun qiymətləndirilməsi zamanı yalnız onun yaranma əsası deyil, həm də hüquqi mahiyyəti və daşıdığı funksiya nəzərə alınmalıdır.

Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərə istinad edən məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan istifadə hüququ mahiyyət etibarilə məhdud əşya hüququ olub servitut xarakteri daşıyır.

Ali Məhkəmə izah edib ki, Mülki Məcəllənin 228.5-ci maddəsi əsasında yaranan istifadə hüququnun digər servitut növlərindən əsas fərqi onun yaranma formasındadır, lakin bu, hüququn mahiyyətini dəyişmir. Belə hüquq şəxsi servitut kimi çıxış edir və konkret şəxsin yaşayış ehtiyaclarının ödənilməsinə xidmət edir. Bu hüquq özgəninkiləşdirilə bilməz, vərəsəlik qaydasında keçmir, lakin hüquq sahibinə yaşayış sahəsindən istifadə etmək və bu hüququnun pozulmasının aradan qaldırılmasını tələb etmək imkanı verir.

Məhkəmə kollegiyası həmçinin qeyd edib ki, bu cür hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması hüquq sahiblərinin hüquqlarının daha etibarlı qorunmasına, eyni zamanda əmlak üzərində mövcud yüklülüklər barədə üçüncü şəxslərin məlumatlandırılmasına və mülki dövriyyədə hüquqi müəyyənliyin təmin edilməsinə xidmət edir.

Bu baxımdan, inzibati orqanın qeydiyyatdan imtinası qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə zidd qiymətləndirilib.

Yekunda Ali Məhkəmə iddiaçıların kassasiya şikayətini təmin etmiş, apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edərək iddiaçılar bağ sahəsi üzərində istifadə hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı inzibati orqanın üzərinə öhdəlik qoyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran dünyada ərzaq qiymətlərinin artmasına səbəb olub

İran dünyada ərzaq qiymətlərinin artmasına səbəb olub

Valideynlərini bıçaqlayan 18 yaşlı oğlan ÖVLADLIĞA götürülübmüş - SENSASİON DETALLAR/ ÖZƏL

Valideynlərini bıçaqlayan 18 yaşlı oğlan ÖVLADLIĞA götürülübmüş - SENSASİON DETALLAR/ ÖZƏL

İranda vurulan ABŞ-ın “F-35” qırıcısının pilotunu sağ tapanlara mükafat VERİLƏCƏK – VİDEO

İranda vurulan ABŞ-ın “F-35” qırıcısının pilotunu sağ tapanlara mükafat VERİLƏCƏK – VİDEO

ABŞ müdafiə büdcəsini rekord həddə çatdıracaq

ABŞ müdafiə büdcəsini rekord həddə çatdıracaq

Prezident Azərbaycanın səfirlik və nümayəndəlikləri haqqında əsasnamələri TƏSDİQLƏDİ

Prezident Azərbaycanın səfirlik və nümayəndəlikləri haqqında əsasnamələri TƏSDİQLƏDİ

ADY mobil tədbiqini yükləyənlərin sayı 400 mini ötdü – VİDEO

ADY mobil tədbiqini yükləyənlərin sayı 400 mini ötdü – VİDEO

“Sənət” adı ilə VANDALİZM – Nizami Kino Mərkəzinə qarşı hörmətsizlik və valideyn məsuliyyətinin ÖNƏMİ

“Sənət” adı ilə VANDALİZM – Nizami Kino Mərkəzinə qarşı hörmətsizlik və valideyn məsuliyyətinin ÖNƏMİ

Moskvada terror aktının qarşısı alınıb

Moskvada terror aktının qarşısı alınıb

Azərbaycan bu ölkələr arasında İLK ONLUQDADIR

Azərbaycan bu ölkələr arasında İLK ONLUQDADIR

Prezident bu şəxsləri təltif etdi – ADLAR

Prezident bu şəxsləri təltif etdi – ADLAR

Qadınların 3 ildə aşkarladığı minaların sayı...

Qadınların 3 ildə aşkarladığı minaların sayı...

Təxribatın törədilmə üsullarına süni intellekt də daxil edildi

Təxribatın törədilmə üsullarına süni intellekt də daxil edildi

SEPAH: “ABŞ pilotları əsir götürülüb” – VİDEO

SEPAH: “ABŞ pilotları əsir götürülüb” – VİDEO

Azərbaycanda kommunal xidmətlərdə vahid abonent bazası yaradılır

Azərbaycanda kommunal xidmətlərdə vahid abonent bazası yaradılır

Azərbaycan və Hindistan nümayəndələri görüşüb - FOTO

Azərbaycan və Hindistan nümayəndələri görüşüb - FOTO

Bu əməli törədənlər 14 ilədək HƏBS OLUNACAQ

Bu əməli törədənlər 14 ilədək HƏBS OLUNACAQ

Azərbaycanda alınan sürücülük vəsiqələri bu ölkədə də TANINACAQ

Azərbaycanda alınan sürücülük vəsiqələri bu ölkədə də TANINACAQ

Pensiyaya çıxmağa hazırlaşanların NƏZƏRİNƏ!

Pensiyaya çıxmağa hazırlaşanların NƏZƏRİNƏ!

İlon Maskın atası oğlunun məktəbdə “axmaq” adlandırılmasından danışıb - VİDEO

İlon Maskın atası oğlunun məktəbdə “axmaq” adlandırılmasından danışıb - VİDEO

Cavad Zərif: “Biz dövlətçilik öyrədəndə, siz hələ Daş dövründə idiniz” – FOTO

Cavad Zərif: “Biz dövlətçilik öyrədəndə, siz hələ Daş dövründə idiniz” – FOTO

Sabahdan yağış başlayır – Xəbərdarlıq

Sabahdan yağış başlayır – Xəbərdarlıq

Mənzildən istifadə hüququ hansı hallarda dövlət qeydiyyatına alına bilər?

Mənzildən istifadə hüququ hansı hallarda dövlət qeydiyyatına alına bilər?

İran müharibəyə son qoymaq üçün ŞƏRTİNİ AÇIQLADI

İran müharibəyə son qoymaq üçün ŞƏRTİNİ AÇIQLADI

390 min manatlıq dələduzluq: Keçmiş başçının imzası saxtalaşdırılıb

390 min manatlıq dələduzluq: Keçmiş başçının imzası saxtalaşdırılıb

End of content

No more pages to load

RADİO