"Mən işləmirəm, təqaüdə çıxmışam. Hazırda öz işlərimi görürəm, kitablarımı, məqalələrimi yazıram. Başqa işlərim də var, üzərində işləyirəm".
Bizim.Media xəbər verir ki, bu fikirləri “oxu.az”a açıqlamasında sabiq baş nazir Novruz Məmmədov deyib.
O bildirib ki, səhhətində heç bir problem yoxdur:
"Mənim səhhətimdə problem olduğunu deyənlərdən də artıq yaşayacağam. Şükür, yaxşıyam".
Bizim.Media