Uzun illər Azərbaycanın siyasi elitasında təmsil olunan, Prezident Administrasiyasında müxtəlif vəzifələrdə çalışan, o cümlədən baş nazir olan Novruz Məmmədovun Azərbaycan Dillər Universitetinindəki işindən ayrılması ilə bağlı məlumat yayılıb.
Bizim.Media xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq, Azərbaycan Dillər Universitetinin Mətbuat Xidmətindən bildirilib ki, Novruz Məmmədov iki ildən çoxdur ki, tutduğu vəzifədən ayrılıb.
Açıqlamada qeyd olunub ki, o, son dəfə öz istəyi ilə işdən çıxıb, buna səbəb isə yaşı olub.
Bizim.Media