Kəlbəcərin bərpası və quruculuğu istiqamətində layihələr davam edir.
Bizim.Media xəbər verir ki, bunu Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat xidməti şöbəsinin müdiri Nuranə Babayeva deyib.
Onun sözlərinə görə, növbəti köç rayonun Zar kəndinə olacaq.
Qeyd edək ki, aprelin 2-də “Böyük Qayıdış” Proqramı çərçivəsində yenidən qurulan Kəlbəcər şəhərinə sayca 6-cı köç olub.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu