Elektron siqaret qadağası - Daha hansı məhsullara şamil olunur?

Məlum olduğu kimi, 2026-cı ilin aprelin 1-dən etibarən elektron siqaretlərin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı, satış məqsədilə saxlanılması və istifadəsi qadağan olunur. Bununla əlaqədar müvafiq cərimələr də müəyyənləşib, belə ki, Milli Məclis İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini də üçüncü oxunuşda qəbul edib.

Bizim.Media xəbər verir ki, layihəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək.

Bundan əlavə, elektron siqaretlərdən ictimai yerlərdə istifadə edənlər 30 manat cərimə ediləcəklər.

Bəs elektron siqaretlərə tətbiq edilən qadağa alışdırılmadan nəfəsə çəkilən IQOS kimi digər nikotin və tütün məhsullarına da şamil edilirmi?

Mövzu ilə bağlı Azərbaycanda nikotin məhsullarının satışı ilə məşğul olan “Tabar” mağazalar şəbəkəsinin satış üzrə direktoru Tural Hacızadə Musavat.com-a bildirib ki, qızdırılan tütün məmulatları ilə elektron siqaretlər tamamilə fərqli kateqoriyalardır və qadağa yalnız elektron siqaretlərə aiddir: 
 

“Tütün və tütün məmulatı haqqında qanuna edilən müvafiq dəyişikliklərə görə qızdırılan tütün məmulatları və elektron siqaretlər iki fərqli kateqoriya kimi müəyyən edilmiş və qadağanın yalnız elektron siqaretlərə aid olduğu açıq şəkildə qeyd edilib”.


Qeyd edək ki, elektron siqaretlərin və qızdırılan tütün məmulatlarının tərkibi də fərqlidir. Elektron siqaretlər tərkibində nikotin olan və ya olmayan mayenin qızdırılması nəticəsində əmələ gələn buxarın nəfəslə çəkilməsi ilə istehlak olunur. Qızdırılan tütün məmulatları isə həqiqi tütünü, yəni tütün çubuğunu qızdıraraq aerozol əmələ gətirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bayraktar “Kızılelma”nın növbəti sınaq uçuşunun görüntülərini paylaşdı - VİDEO

Bayraktar “Kızılelma”nın növbəti sınaq uçuşunun görüntülərini paylaşdı - VİDEO

Hikmət Hacıyev: “Ermənistan Azərbaycan ərazilərini 1,5 milyondan çox mina ilə çirkləndirib” – FOTO

Hikmət Hacıyev: “Ermənistan Azərbaycan ərazilərini 1,5 milyondan çox mina ilə çirkləndirib” – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində YENİ TƏYİNAT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində YENİ TƏYİNAT

Novruz Məmmədov işdən nə vaxt çıxıb? - AÇIQLAMA

Novruz Məmmədov işdən nə vaxt çıxıb? - AÇIQLAMA

Bakıya gətirilərkən yolda öldü - Foto

Bakıya gətirilərkən yolda öldü - Foto

Pakistanda kamikadze polis bölməsinə hücum edib, ölənlər var - FOTO

Pakistanda kamikadze polis bölməsinə hücum edib, ölənlər var - FOTO

Növbəti köç Kəlbəcərin bu kəndinə OLACAQ – RƏSMİ

Növbəti köç Kəlbəcərin bu kəndinə OLACAQ – RƏSMİ

Nizami Kino Mərkəzinin divarına qrafiti çəkən yeniyetmələr SAXLANILDI

Nizami Kino Mərkəzinin divarına qrafiti çəkən yeniyetmələr SAXLANILDI

Çində TRAGİKOMİK HADİSƏ – Qumbaranı yanlışlıqla komandirlərə atdı – VİDEO

Çində TRAGİKOMİK HADİSƏ – Qumbaranı yanlışlıqla komandirlərə atdı – VİDEO

Pentaqon rəhbəri daha iki generalı işdən çıxardı

Pentaqon rəhbəri daha iki generalı işdən çıxardı

Qaz sayğacları ilə bağlı YENİLİK – Növbəti ildən etibarən... – RƏSMİ

Qaz sayğacları ilə bağlı YENİLİK – Növbəti ildən etibarən... – RƏSMİ

AFFA balansında olan bu sahəyə 4 milyondan çox pul xərcləyib

AFFA balansında olan bu sahəyə 4 milyondan çox pul xərcləyib

Güclü külək məktəb binasına zərər vurdu – FOTO

Güclü külək məktəb binasına zərər vurdu – FOTO

Limonlu çay içənlər niyə daha uzun ömür sürür?

Limonlu çay içənlər niyə daha uzun ömür sürür?

İran "şiddətli döyüşə" hazırlaşır, uşaqları səfərbər edir - KİV

İran "şiddətli döyüşə" hazırlaşır, uşaqları səfərbər edir - KİV

Novruz Məmmədov işdən çıxdı

Novruz Məmmədov işdən çıxdı

Bu yoldan istifadə ÖDƏNİŞLİ OLACAQ

Bu yoldan istifadə ÖDƏNİŞLİ OLACAQ

“Turan Tovuz” “Zirə”yə, “Sabah” “Qarabağ”a qarşı

“Turan Tovuz” “Zirə”yə, “Sabah” “Qarabağ”a qarşı

5 il əvvəl tikintisi başlayan bu yol nə vaxt açılacaq? - RƏSMİ

5 il əvvəl tikintisi başlayan bu yol nə vaxt açılacaq? - RƏSMİ

Səfərbərlik Xidmətinin 27 əməkdaşı CƏZALANDIRILDI

Səfərbərlik Xidmətinin 27 əməkdaşı CƏZALANDIRILDI

Qurban Qurbanov hesabat konfransına yenə qatılmadı

Qurban Qurbanov hesabat konfransına yenə qatılmadı

Səyahət edən viruslar - Miqrant axını hansı xəstəlikləri yayır?

Səyahət edən viruslar - Miqrant axını hansı xəstəlikləri yayır?

Corat sakinlərinin NƏZƏRİNƏ

Corat sakinlərinin NƏZƏRİNƏ

Bakıda "Land Rover"in sürücüsü həyəti özününküləşdirdi — FOTOLAR

Bakıda "Land Rover"in sürücüsü həyəti özününküləşdirdi — FOTOLAR

End of content

No more pages to load

RADİO