Gəncədə orta yaşlı kişi naməlum şəraitdə kəsici-deşici alətlə xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Cavad Xan qəsəbəsində qeydiyyatda olan, 1985-ci il təvəllüdlü Eldəniz Həsənov bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb.
O, dərhal əməliyyata götürülüb, müalicəsi davam etdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu