“Mən yaxşıyam, narahat olmayın!” - Generaldan gözlənilən zəng...

Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova “Facebook” hesabında təsirli paylaşım edib.

Bizim.Media həmin paylaşımı təqdim edir:

“Aprel döyüşləri Azərbaycan ordusunun öz gücünü ortaya qoyduğu həqiqi mübarizənin və böyük qələbənin ilk carçısı idi. Aprelin 1-dən 2-nə keçən gecə başlayan döyüşlər cəmi dörd gün davam etdi.

Müharibənin iki səhnəsi olur - biri ön səhnədir - odlu-alovlu, müharibə qoxulu. Neçə-neçə igidin qan tökdüyü, dostların, qardaşların bir-birinin gözünün içinə baxaraq, bəlkə də son vəsiyyətlərini edərək can verdiyi, son saniyələrin sayıldığı bir səhnə. Müharibə - dəhşətdir.

Bir də müharibənin arxa səhnəsi var - asmada qalan ümidlər, yollarda qalan gözlər, bir xəbərin gəlməsi ümidi ilə üzülən ürəklər… Mən bunların hamısını yaşamışam. Hətta bu yazını belə göz yaşları içində, əlim əsə-əsə yazıram. Sanki Poladdan 2016-cı ilin bu günlərində bir xəbər gəlsin deyə keçirdiyim hissləri yenidən yaşayıram. Fərq ondadır ki, o vaxt gələcəyinə ümid var idi, bu gün isə yox.

Martın son günləri idi. Polad Həşimov gün ərzində dəfələrlə evə gəlir, beş - on dəqiqə dayanırdı. Bəzən danışır, bəzən isə heç nə demirdi. Uşaqlarla zarafatlaşır, tez gedir, sonra yenə qayıdırdı. Əlbəttə, onlar bilirdilər ki, müharibə başlayacaq. Bizdən nigaran idi. Axı insanın vətəni evindən başlayır. Nə döyüşlər haqqında deyə bilirdi, nə də gedə bilirdi...

Aprelin 1-dən 2-nə keçən gecə evdə yox idi. Qapı və pəncərələrin şiddətlə silkələnməsi ilə oyandım. Əvvəl elə bildim zəlzələdir. Uşaqlara baxdım. Amma güclü titrəyişlər hələ də davam edirdi. Mən ilk gündən Polad Həşimovla birlikdə cəbhə bölgəsində yaşamışam. Atəşkəs rejimi demək olar ki, hər gün pozulurdu. Amma mən müharibənin səsini o günə qədər eşitməmişdim. Müharibənin həqiqi üzünü isə dörd ildən sonra Tovuz döyüşlərində görəcəkdim…

Biz Bərdə rayonunda yaşayırdıq. Polad Həşimov 1-ci Ordu Korpusunun komandir müavini, Qərargah rəisi vəzifəsində çalışırdı. Yəni cəbhə bizə çox yaxın idi. Hələ xəstəxanaya yaralı əsgər və zabitləri daşıyan təcili yardım maşınlarının səsini demirəm. Hər maşın keçəndə ürəyimizdən sanki bir tel qırılırdı. O maşınlar kiminsə əzizini, Vətənin isə bir qəhrəmanını daşıyırdı.

Dörd gün ərzində nə yaşadığımızı bilmədik. Ta ki aprelin dördü saat 12-dən sonra Polad Həşimov zəng edənə qədər:

- Salam, necəsiniz? Mən yaxşıyam, narahat olmayın.

Bu üç- dörd kəlmə söz belə mənə bəs idi. O sağ idi, vəssalam.

Döyüşlərdən təxminən iyirmi gün sonra evə gəldi. Gələcəyini bilirdik. Yolun başında dayanıb gözləyirdik. Uzaqda maşın dayananda uşaqlar hay-harayla qabağına qaçdı. Onu ilk dəfə idi ki, bu qədər yorğun görürdüm. Həmişə dik olan qamətinin arxasında səssiz bir hüzn görünürdü. Həyətdə əyləşdi. Başıaşağı, gözlərini bir nöqtəyə dikib dəqiqələrlə danışmadı. Biz də başına yığışıb nə vaxt danışacağını gözləyirdik.

Xeyli susdu. Sonra başını qaldırıb dedi:

- Heyif… İki aya torpaqları işğaldan azad edə bilərdik.

Dəhşətə gəldim. Bu nə vətən sevgisi, bu nə torpaq sevgisi, bu nə fədakarlıq, bu nə qətiyyət idi! Sən demə, onun susqunluğu və yorğunluğu ağır döyüşlərdən çıxmağına görə deyilmiş. Ruhu hələ də düşmənin nəzarətində qalan vətən torpaqlarında imiş. Bir də itirdiyi əsgər balalarının, zabit qardaşlarının son baxışlarında. Elə o an bir daha anladım ki, nə Polad Həşimov, nə onun yetirməsi olan zabit və əsgərlər, ümumiyyətlə Azərbaycanın qeyrətli oğulları dayanacaq - son qarış Vətən torpağı azad olunana qədər.

Aprel döyüşləri zamanı 1-ci Ordu Korpusunun komandir müavini, Qərargah rəisi vəzifəsini daşıyan Polad Həşimov Tərtər istiqamətində gedən döyüşlərə nəzarət edirdi. Bu döyüşlərdə Tərtər rayonunun Talış istiqamətində yerləşən əlverişli mövqeləri və strateji nöqtələri azad olundu.

Talış yüksəkliyi işğaldan azad edildi. İllərdir erməni postlarından açılan atəşlərin nəticəsində öz normal həyatlarını yaşa bilməyən kəndlər, kənd əhalisi rahatlığa qovuşdu.
Onlar deyirdilər: “Biz neçə illər idi ki, yerin altında yaşayırdıq, Aprel döyüşlərindən sonra biz yerin üstünə çıxdıq”.

Aprel döyüşlərində göstərdiyi xidmətlərə görə Prezident İlham Əliyev tərəfindən Polad Həşimov “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Talış yüksəkliklərindəki postlardan birinə isə “Polad postu” adı verildi”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şirkət rəhbəri işçilərinin kirayə xərclərini və kreditlərini ömürlük ödəyəcək

Şirkət rəhbəri işçilərinin kirayə xərclərini və kreditlərini ömürlük ödəyəcək

Hansı ali məktəblər hansı şəhərlərə köçürüləcək - ilkin siyahı

Hansı ali məktəblər hansı şəhərlərə köçürüləcək - ilkin siyahı

Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası

Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası

ADNSU-da son bir ilin nəticələri: faktlar, rəqəmlər və əsassız iddialara cavab

ADNSU-da son bir ilin nəticələri: faktlar, rəqəmlər və əsassız iddialara cavab

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi BİLİNDİ

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi BİLİNDİ

Aprel döyüşlərinin qəhrəman pilotları anıldı – FOTO/VİDEO

Aprel döyüşlərinin qəhrəman pilotları anıldı – FOTO/VİDEO

Tolikin evində xeyir iş - Fotolar

Tolikin evində xeyir iş - Fotolar

Rasim Həsənova yekun ittiham verildi - Baş Prokurorluq məlumat yaydı

Rasim Həsənova yekun ittiham verildi - Baş Prokurorluq məlumat yaydı

Əli Əsədov Cevdet Yılmazla GÖRÜŞDÜ - Nələr müzakirə olundu?

Əli Əsədov Cevdet Yılmazla GÖRÜŞDÜ - Nələr müzakirə olundu?

"WhatsApp"a yeni funksiya GƏLİR

"WhatsApp"a yeni funksiya GƏLİR

Lətifənin bahalı hədiyyələri - Video

Lətifənin bahalı hədiyyələri - Video

Biləsuvarda 10 yaşlı məktəblini dərsə gedərkən it dişlədi – FOTO

Biləsuvarda 10 yaşlı məktəblini dərsə gedərkən it dişlədi – FOTO

Bulvarda Milli Etalon Vaxtı GÖSTƏRİLİR

Bulvarda Milli Etalon Vaxtı GÖSTƏRİLİR

Cessika Albanın səs-küylü boşanmadan sonra bikinidə çimərlik FOTOSESSİYASI

Cessika Albanın səs-küylü boşanmadan sonra bikinidə çimərlik FOTOSESSİYASI

OPEC+ ölkələri təcili BİR ARAYA gəlir

OPEC+ ölkələri təcili BİR ARAYA gəlir

İranda Yaxın Şərqin ən hündür körpüsü dağıdıldı - FOTO

İranda Yaxın Şərqin ən hündür körpüsü dağıdıldı - FOTO

Tanınmış musiqiçi ağır qəzada VƏFAT ETDİ

Tanınmış musiqiçi ağır qəzada VƏFAT ETDİ

Trampın gizli planı: İsfahana komandolar göndərilir, dağılan bunkerdən uran çıxarılır...

Trampın gizli planı: İsfahana komandolar göndərilir, dağılan bunkerdən uran çıxarılır...

Qalibaf: "7 milyon iranlı silaha sarılmağa hazırdır"

Qalibaf: "7 milyon iranlı silaha sarılmağa hazırdır"

BMT Şurası rəsmi Bakının təşəbbüskarı olduğu qətnaməni QƏBUL ETDİ

BMT Şurası rəsmi Bakının təşəbbüskarı olduğu qətnaməni QƏBUL ETDİ

Avropada təbii qaz qiymətləri KƏSKİN ARTDI

Avropada təbii qaz qiymətləri KƏSKİN ARTDI

Leysan olacaq, dolu düşəcək - BU TARİXLƏRDƏ

Leysan olacaq, dolu düşəcək - BU TARİXLƏRDƏ

Dövlət qulluğunda çalışmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğunda çalışmaq istəyənlərin NƏZƏRİNƏ

Tarixdə ən çox qazanan idmançılar - SİYAHI

Tarixdə ən çox qazanan idmançılar - SİYAHI

End of content

No more pages to load

RADİO