Akademik: “Süni intellektin mətnləri mütəxəssislərin hazırladığından daha obyektiv olur”

Müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafı bir tərəfdən elmi nailiyyət olması ilə yanaşı, digər tərəfdən də elmi fəaliyyəti məhdudlaşdıra, daha doğrusu saxtakarlığa yol aça bilər.  Bu baxımdan, süni intellektin dissertasiya və monoqrafiya kimi elmi işlərin yazılmasında rolu getdikcə daha çox müzakirə mövzusu olur.

Müəlliflik hüququ, plagiat riski və elmi araşdırmaların orijinallığı kimi problemlərin  mövcudluğu bu sahədə düzgün tətbiq mexanizmini tələb edir. Diqqətə çatdıraq ki, Vikipediya artıq aprel ayından etibarən süni intellektlə yazılmış mətnləri qəbul etməyəcək, yalnız cüzi redaktəli yazılara icazə veriləcək.

Bəs Azərbaycanda bu mexanizm necə işləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən akademik Nizami Cəfərov bildirdi ki, bu, nə qədər texniki də olsa, verdiyi məhsul kifayət qədər məzmunlu olduğu üçün onu tam qadağan eləmək mümkün olmayacaq.

“Süni intellektin hazırladığı mətnlər bəzən ayrı-ayrı mütəxəssislərin hazırladığından daha obyektiv olur. Çünki mütəxəssislər bu və ya digər şəxsin və ya hadisənin təhlilində özünəməxsus subyektiv mövqe tuta bilir. Amma süni intellekt bütün mövcud məlumatları toplaya və kifayət qədər də obyektiv təqdim edə bilir. Vikipedia kimi platformalarda süni intellektin iştirakına məhdudiyyət qoyulsa belə, bu texnologiya artıq bir nailiyyət, bir metod və mühüm bir resurs kimi formalaşıb”.

N.Cəfərov vurğuladı ki, məqalə, monoqrafiya və dissertasiyaların yazılması prosesi genişləndikcə bu sahədə həm yeni imkanlar yarandı, həm də müəyyən problemlər ortaya çıxdı:

“Ümumi elmi prosesdə insan amili əvvəlki qədər həlledici rol oynamaya bilər. Çünki elm bütövlükdə fərdi yanaşmalardan daha çox ümumiləşmiş biliklər üzərində qurulur. Zaman keçdikcə adlar qalır, amma elmi mülahizələr ümumiləşir və vahid bilik sisteminə çevrilir. Bu mənada elm heç nə itirmir. Lakin itirilə biləcək məqamlar da var.

Əsas risk ondan ibarətdir ki, gələcəkdə kimsə süni intellektin imkanlarından istifadə edərək asanlıqla elmi iş hazırlayıb elmi dərəcə və nüfuz qazanmağa çalışa bilər. İstənilən halda dissertasiya yalnız yazılmaqla kifayətlənmir, o, elmi ictimaiyyət qarşısında müdafiə olunmalıdır.
Bu prosesdə namizədin bilik səviyyəsi, düşüncə tərzi və mövzunu mənimsəmə dərəcəsi açıq şəkildə üzə çıxır.

Süni intellekt mətn hazırlaya bilər, lakin o, insanın yerinə elmi müzakirə aparmaq, suallara cavab vermək və müstəqil düşüncəni nümayiş etdirmək imkanına malik deyil.
Bu baxımdan, süni intellekt öz funksiyasını yerinə yetirməli, alimlər isə öz məsuliyyətlərini qoruyub saxlamalıdırlar. Bu iki sahə bir-birini əvəz etməməli, əksinə, düzgün balans şəklində inkişaf etməlidir.”

Akademik hesab edir ki, elmi institutları, müdafiə şuralarını və Ali Attestasiya Komissiyası bu məsələdə nəzarəti daha da artmalıdır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ADNSU-da son bir ilin nəticələri: faktlar, rəqəmlər və əsassız iddialara cavab

ADNSU-da son bir ilin nəticələri: faktlar, rəqəmlər və əsassız iddialara cavab

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi BİLİNDİ

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi BİLİNDİ

Aprel döyüşlərinin qəhrəman pilotları anıldı – FOTO/VİDEO

Aprel döyüşlərinin qəhrəman pilotları anıldı – FOTO/VİDEO

Tolikin evində xeyir iş - Fotolar

Tolikin evində xeyir iş - Fotolar

Rasim Həsənova yekun ittiham verildi - Baş Prokurorluq məlumat yaydı

Rasim Həsənova yekun ittiham verildi - Baş Prokurorluq məlumat yaydı

Əli Əsədov Cevdet Yılmazla GÖRÜŞDÜ - Nələr müzakirə olundu?

Əli Əsədov Cevdet Yılmazla GÖRÜŞDÜ - Nələr müzakirə olundu?

"WhatsApp"a yeni funksiya GƏLİR

"WhatsApp"a yeni funksiya GƏLİR

Lətifənin bahalı hədiyyələri - Video

Lətifənin bahalı hədiyyələri - Video

Biləsuvarda 10 yaşlı məktəblini dərsə gedərkən it dişlədi – FOTO

Biləsuvarda 10 yaşlı məktəblini dərsə gedərkən it dişlədi – FOTO

Bulvarda Milli Etalon Vaxtı GÖSTƏRİLİR

Bulvarda Milli Etalon Vaxtı GÖSTƏRİLİR

Cessika Albanın səs-küylü boşanmadan sonra bikinidə çimərlik FOTOSESSİYASI

Cessika Albanın səs-küylü boşanmadan sonra bikinidə çimərlik FOTOSESSİYASI

OPEC+ ölkələri təcili BİR ARAYA gəlir

OPEC+ ölkələri təcili BİR ARAYA gəlir

İranda Yaxın Şərqin ən hündür körpüsü dağıdıldı - FOTO

İranda Yaxın Şərqin ən hündür körpüsü dağıdıldı - FOTO

Tanınmış musiqiçi ağır qəzada VƏFAT ETDİ

Tanınmış musiqiçi ağır qəzada VƏFAT ETDİ

Trampın gizli planı: İsfahana komandolar göndərilir, dağılan bunkerdən uran çıxarılır...

Trampın gizli planı: İsfahana komandolar göndərilir, dağılan bunkerdən uran çıxarılır...

Qalibaf: "7 milyon iranlı silaha sarılmağa hazırdır"

Qalibaf: "7 milyon iranlı silaha sarılmağa hazırdır"

BMT Şurası rəsmi Bakının təşəbbüskarı olduğu qətnaməni QƏBUL ETDİ

BMT Şurası rəsmi Bakının təşəbbüskarı olduğu qətnaməni QƏBUL ETDİ

Avropada təbii qaz qiymətləri KƏSKİN ARTDI

Avropada təbii qaz qiymətləri KƏSKİN ARTDI

Leysan olacaq, dolu düşəcək - BU TARİXLƏRDƏ

Leysan olacaq, dolu düşəcək - BU TARİXLƏRDƏ

Dövlət qulluğunda çalışmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğunda çalışmaq istəyənlərin NƏZƏRİNƏ

Tarixdə ən çox qazanan idmançılar - SİYAHI

Tarixdə ən çox qazanan idmançılar - SİYAHI

Qubada əsrlərin ƏNƏNƏSİ - Səməniatdı mərasimi bu dəfə də rəngarəng KEÇDİ – VİDEO

Qubada əsrlərin ƏNƏNƏSİ - Səməniatdı mərasimi bu dəfə də rəngarəng KEÇDİ – VİDEO

Medina “Qarabağ”dan GEDƏCƏK?

Medina “Qarabağ”dan GEDƏCƏK?

SEPAH-ın daha bir generalı öldürüldü

SEPAH-ın daha bir generalı öldürüldü

End of content

No more pages to load

RADİO