Ağac evin üstünə aşdı: “Elə bildik, raket düşdü” - FOTO

“Ağac evin üstünə necə aşdısa, elə bildik ki, raket düşdü. Hazırda çox çətin vəziyyətdəyik, ev tamamilə yararsız haldadır”.

Bizim.Media xəbər verir ki, bu barədə qafqazinfo.az-a Masallı şəhər Ərkivan qəsəbəsinin Cəbili məhəllə sakini İltifat Cəbiyev müraciət edib.

Zərərçəkənin sözlərinə görə, aidiyyəti qurum tərəfindən evə baxış keçirilsə də, problem həll yolunu tapmayıb:

“Həyətimizdə böyük bir ağac var idi. Bu, təhlükə yaratdığı üçün götürülməsi ilə bağlı hələ bir neçə il əvvəl qurumlara rəsmi müraciət etmişdik, amma nəticə olmamışdı. İndi elə oldu ki, ağac gecə saatlarında yağış və küləyin təsiri ilə evin üzərinə aşdı. Ailəmizdə onkoloji xəstə var, o da çox qorxdu”.

İ.Cəbiyev hadisə nəticəsində çox çətin vəziyyətə düşdüklərini əlavə edib:

“Xoşbəxtlikdən heç kəs ciddi ziyan görmədi. Müvafiq qurumlar gəlib ağacları yığışdırdı, ancaq evimin üstü dağılıb. Bunun həll olunmasını istəyirik, belə yaşamaq çətindir. İndi bilmirəm xəstə ilə məşğul olum, yoxsa evin bu halına bir çarə tapım...”

Məsələ ilə bağlı Masallı Rayon İcra Hakimiyyətindən bildirildi ki, martın 31-i saat 00:15 radələrində Masallı rayonunun Ərkivan qəsəbə sakini 1947-ci il təvəllüdlü Cəbiyev İltifat Abdin oğluna məxsus həyətyanı torpaq sahəsində olan qarağac ağacı fərdi yaşayış evinin üstünə aşıb:

“Fərdi yaşayış evi 2 mərtəbədən ibarət olmaqla ümumilikdə 300 kv.m metrdir. Hadisə nəticəsində fərdi yaşayış evinin 90 kv.m hissəsi yararsız hala düşüb. Ev sahibi evin 1815-ci ildə inşa edildiyini bildirib və ağacın da məhz evin tikintisi zamanı əkildiyini qeyd edib.

Hadisə baş verən kimi dərhal müvafiq qurumlar tərəfindən hadisə yerinə baxış keçirilib, aşan ağac evin üzərindən götürülərək ərazidən uzaqlaşdırılıb. Dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər görülüb”.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Apreldə pul problemi yaşaya biləcək BÜRCLƏR

Apreldə pul problemi yaşaya biləcək BÜRCLƏR

Bakıda QORXUNC HADİSƏ: Binanın giriş qapısının üstündəki beton plitə uçdu - VİDEO

Bakıda QORXUNC HADİSƏ: Binanın giriş qapısının üstündəki beton plitə uçdu - VİDEO

Acunu tənqid atəşinə tutub, Azərbaycana təşəkkür etdilər - VİDEO

Acunu tənqid atəşinə tutub, Azərbaycana təşəkkür etdilər - VİDEO

Xanımı Polad Həşimovun həmin FOTOSUNU paylaşdı

Xanımı Polad Həşimovun həmin FOTOSUNU paylaşdı

Elvin ona hədiyyə göndərdi, süni intellektdir deyib inanmadı – VİDEO

Elvin ona hədiyyə göndərdi, süni intellektdir deyib inanmadı – VİDEO

Paşinyanın Rusiyadan təhlükəsiz qayıtması ilə bağlı Aleksanyandan AÇIQLAMA – EKSKLÜZİV

Paşinyanın Rusiyadan təhlükəsiz qayıtması ilə bağlı Aleksanyandan AÇIQLAMA – EKSKLÜZİV

Bərdə bazarında ANTİSANİTARİYA - FOTO

Bərdə bazarında ANTİSANİTARİYA - FOTO

Bakı-Sumqayıt yolundakı tıxacın səbəbi bəlli oldu – FOTO/VİDEO

Bakı-Sumqayıt yolundakı tıxacın səbəbi bəlli oldu – FOTO/VİDEO

18 yaşlı oğlu tərəfindən bıçaqlanan ata-ananın SON DURUMU açıqlandı

18 yaşlı oğlu tərəfindən bıçaqlanan ata-ananın SON DURUMU açıqlandı

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salındı - FOTO

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salındı - FOTO

İlham Əliyev Türkiyənin Vitse-prezidenti ilə GÖRÜŞDÜ - FOTO

İlham Əliyev Türkiyənin Vitse-prezidenti ilə GÖRÜŞDÜ - FOTO

Britaniya Hörmüz boğazına görə 30 ölkəni toplayır

Britaniya Hörmüz boğazına görə 30 ölkəni toplayır

Mərkəzi Bankın valyuta ehtiyatları AÇIQLANDI

Mərkəzi Bankın valyuta ehtiyatları AÇIQLANDI

Ağdam-Xankəndi dəmir yolunun tikintisi ilə bağlı SON VƏZİYYƏT – VİDEO

Ağdam-Xankəndi dəmir yolunun tikintisi ilə bağlı SON VƏZİYYƏT – VİDEO

Azərbaycanda 3 uşağa görün kimin adı QOYULUB

Azərbaycanda 3 uşağa görün kimin adı QOYULUB

Abas Miskərliyə yüksək vəzifə verildi

Abas Miskərliyə yüksək vəzifə verildi

Avtobus qəza törədərsə... – Sərnişinlərə sığorta ödənişi bu qaydada EDİLƏCƏK

Avtobus qəza törədərsə... – Sərnişinlərə sığorta ödənişi bu qaydada EDİLƏCƏK

Vitse-spikerin köməkçisindən vətəndaşa qarşı DƏLƏDUZLUQ

Vitse-spikerin köməkçisindən vətəndaşa qarşı DƏLƏDUZLUQ

Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın

Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın

Cevdet Yılmaz: "Azərbaycanla Ermənistan arasında davamlı sülh təmin olunmalıdır"

Cevdet Yılmaz: "Azərbaycanla Ermənistan arasında davamlı sülh təmin olunmalıdır"

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

TDT ölkələrinin hökumət başçıları İlham Əliyevin qəbulunda – FOTO

TDT ölkələrinin hökumət başçıları İlham Əliyevin qəbulunda – FOTO

Bakıda 17 yaşlı qız 10-cu mərtəbədən yıxılaraq HƏYATINI İTİRDİ

Bakıda 17 yaşlı qız 10-cu mərtəbədən yıxılaraq HƏYATINI İTİRDİ

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı

End of content

No more pages to load

RADİO