Bakıda bu evlər ucuzlaşacaq

Son günlər Azərbaycanda yağan güclü yağışlar bir çox ərazidə ciddi problemlər yaradıb. Xüsusilə fərdi yaşayış evlərinin su altında qalması sakinlərə həm maddi ziyan vurub, həm də onların gündəlik həyatını çətinləşdirib.

Yaranmış vəziyyətin daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcəyi proqnozlaşdırılır.

Xüsusilə subasma riski yüksək olan ərazilərdə evlərin taleyi və qiymətlərin necə dəyişəcəyi hazırda geniş müzakirə olunur.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az -a danışan əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, ənənəvi olaraq martın sonlarından avqustun sonuna qədər Bakı və Abşeron ərazisində fərdi yaşayış evlərinə, torpaq sahələrinə və bağ evlərinə tələbat artır:

“Son illərdə Bakıda aparılan söküntülər nəticəsində evləri dağıdılan sakinlərin bir hissəsi paytaxtətrafı ərazilərə üz tutub. Bu isə həmin ərazilərdə qiymət artımına səbəb olmuşdu. Lakin son günlər yağan güclü yağışlar nəticəsində Bakı və Abşeronun bir çox yerlərində subasma halları qeydə alınıb. Bu hallar əsasən fərdi yaşayış massivlərində müşahidə olunub. Yüzlərlə evin su altında qalması həmin ərazilərdə daşınmaz əmlaka tələbatın kəskin azalmasına gətirib çıxaracaq”.

Ekspert qeyd edib ki, bu cür problemlərin əsas səbəblərindən biri tikililərin düzgün təyinatlı torpaqlarda inşa olunmamasıdır:

“Yaşayış məntəqəsi təyinatlı torpaqlarda inşa olunan evlərdə kanalizasiya və suötürücü xətlər mövcud olur. Lakin çıxarışsız fərdi yaşayış evlərinin yerləşdiyi ərazilərdə bu infrastruktur ya yoxdur, ya da çox zəifdir. Bu da subasma hallarını qaçılmaz edir. Nəticədə həmin ərazilərdəki evlərin qiymətində azalma müşahidə olunacaq və yaxın vaxtlarda kütləvi satışlar baş verəcək”.

Əmlak eksperti Elnur Azadov isə hesab edir ki, bazarda dəyişikliklər mərhələli şəkildə baş verəcək:

“Artıq alıcılar fərdi ev alarkən ərazinin subasma riski daşıyıb-daşımadığını nəzərə alacaqlar. Kanalizasiya sistemi olan və nisbətən hündür ərazilərdə yerləşən evlərə tələbat artacaq. Əksinə, çökək ərazilərdə və infrastruktur problemi olan yerlərdə tələbat azalacaq. Bu proses müəyyən müddət davam edəcək. Ola bilsin ki, bir neçə ildən sonra alıcıların diqqəti yenidən dəyişsin”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əli Əsədov: "Türkiyə və Özbəkistan millilərinin dünya çempionatına vəsiqə qazanması Türk dünyasının zəfəridir"

Əli Əsədov: "Türkiyə və Özbəkistan millilərinin dünya çempionatına vəsiqə qazanması Türk dünyasının zəfəridir"

“Poz-Qazan”da 3 ayda 39 böyük uduş qazanılıb

“Poz-Qazan”da 3 ayda 39 böyük uduş qazanılıb

Bakıda MÜHÜM GÖRÜŞ: TDT-yə üzv dövlətlərin baş nazirləri BİR ARADA

Bakıda MÜHÜM GÖRÜŞ: TDT-yə üzv dövlətlərin baş nazirləri BİR ARADA

İran KİV-i Trampı məsxərəyə qoydu: Bişmiş toyuğu belə güldürür!

İran KİV-i Trampı məsxərəyə qoydu: Bişmiş toyuğu belə güldürür!

“BakıKart”ın PARADOKSU - Qəpiklə ödəniş bağlıdır, kağız pul qəbul olunmur... – FOTOFAKT

“BakıKart”ın PARADOKSU - Qəpiklə ödəniş bağlıdır, kağız pul qəbul olunmur... – FOTOFAKT

Mateuş Koxalski “Qarabağ”dan GEDİR?

Mateuş Koxalski “Qarabağ”dan GEDİR?

Ukrayna regionlarına kütləvi zərbələr: 4 ölü, 18 yaralı var - FOTO/VİDEO

Ukrayna regionlarına kütləvi zərbələr: 4 ölü, 18 yaralı var - FOTO/VİDEO

İran ABŞ-ın İordaniyadakı bazasını belə vurdu – ANBAAN VİDEO

İran ABŞ-ın İordaniyadakı bazasını belə vurdu – ANBAAN VİDEO

Arvadına mütəmadi olaraq işgəncə verən şəxsin cəzası azaldıldı

Arvadına mütəmadi olaraq işgəncə verən şəxsin cəzası azaldıldı

Bu gün 1/4 finalın ikinci oyunları keçiriləcək

Bu gün 1/4 finalın ikinci oyunları keçiriləcək

Overçukdan daha bir XƏBƏRDARLIQ: "Rus biznesi Ermənistandan sıxışdırılıb çıxarılsa..."

Overçukdan daha bir XƏBƏRDARLIQ: "Rus biznesi Ermənistandan sıxışdırılıb çıxarılsa..."

Çindən Avropaya ilk yük qatarı yola düşdü - Xəzər dənizi ilə Bakıya çatacaq

Çindən Avropaya ilk yük qatarı yola düşdü - Xəzər dənizi ilə Bakıya çatacaq

Ağsuda ağır qəza: 2 nəfər xəsarət aldı

Ağsuda ağır qəza: 2 nəfər xəsarət aldı

ABŞ-dan Rusiyaya gözlənilməz JEST – “Bu məhsullar UCUZLAŞACAQ”

ABŞ-dan Rusiyaya gözlənilməz JEST – “Bu məhsullar UCUZLAŞACAQ”

Dumanlı hava nə vaxtadək davam edəcək?

Dumanlı hava nə vaxtadək davam edəcək?

Balakəndə avtomobil yoldan çıxaraq aşdı

Balakəndə avtomobil yoldan çıxaraq aşdı

Ağac evin üstünə aşdı: “Elə bildik, raket düşdü” - FOTO

Ağac evin üstünə aşdı: “Elə bildik, raket düşdü” - FOTO

Xarazinin evi vuruldu - Özü yaralıdır, arvadı öldü

Xarazinin evi vuruldu - Özü yaralıdır, arvadı öldü

Bu gündən 6 BÜRCÜN həyatı tam dəyişir - NAĞIL KİMİ DÖVR

Bu gündən 6 BÜRCÜN həyatı tam dəyişir - NAĞIL KİMİ DÖVR

Onlar da qənaətə keçdilər - Evdən işləyəcəklər

Onlar da qənaətə keçdilər - Evdən işləyəcəklər

Ukrayna Ufada neft emalı zavoduna zərbə endirdi - VİDEO

Ukrayna Ufada neft emalı zavoduna zərbə endirdi - VİDEO

Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı

Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı

Babək prospektində moped evakuatora çırpıldı - VİDEO

Babək prospektində moped evakuatora çırpıldı - VİDEO

"Bitcoin" 66 min dollara düşdü

"Bitcoin" 66 min dollara düşdü

End of content

No more pages to load

RADİO