Sosial mediada “WhatsApp” istifadəçiləri arasında maraqlı bir iddia sürətlə yayılıb. Paylaşımlarda tətbiqdə görünən profil rənglərinin istifadəçilər arasındakı münasibətləri əks etdirdiyi irəli sürülür.
Bizim.Media türk mediasına istinadən xəbər verir ki, iddialara görə, “WhatsApp”da profil şəkli olmayan kontaktların fon rəngləri təsadüfi deyil və müəyyən məna daşıyır. Yayılan məlumatlarda bildirilir ki, fərqli rənglər qarşı tərəfin sizi kontaktlarında saxlayıb-saxlamadığını və ya sizinlə ünsiyyət səviyyəsini göstərir.
Bu paylaşımlarda rənglərin mənası belə izah olunur:
Yaşıl
Şəxs sizi kontaktlarında saxlamayıb
Mavi
Şəxs sizi əvvəllər bloklayıb
Qırmızı
Nadir hallarda danışdığınız şəxslər
Açıq yaşıl
Əvvəllər çox ünsiyyətdə olub, sonradan əlaqəni azaltdığınız şəxslər
Lakin məsələ ilə bağlı heç bir rəsmi açıqlama və ya texniki əsas mövcud deyil. “WhatsApp”ın funksiyalarında bu cür bir xüsusiyyətin olduğu təsdiqlənməyib. Mütəxəssislər bildirirlər ki, tətbiqdə görünən bu rənglər sadəcə profil şəkli olmayan istifadəçilər üçün avtomatik şəkildə təyin edilir və tamamilə təsadüfi xarakter daşıyır. Yəni bu rənglərin istifadəçilər arasındakı münasibətlə heç bir əlaqəsi yoxdur. Beləliklə, sosial mediada yayılan bu iddialar reallığı əks etdirmir və istifadəçilərin çaşdırılmasına səbəb olur. (Sfera.az)
Bizim.Media