Kürdəmirdə avtomobil qəzası baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Toyota” markalı avtomobilin sürücüsü həmin istiqamətdə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi beton arakəsməyə çırpılıb. Qəza zamanı avtomobildə olan bir nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda fakt araşdırılır.
Bizim.Media, Aran bürosu