Gəncədə yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi - FOTO

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib.

Bizim.Media xəbər verir ki, taxta konstruksiyadan ibarət ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzildə yanğın qeydə alınıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
 

Yanğın nəticəsində ümumi sahəsi 40 kvadratmetr olan mənzil əşyaları ilə birlikdə tam yanıb. Alov qısa müddətdə söndürülüb və binanın digər hissəsi mühafizə olunub.


Bina sakinləri və yanğın baş verən mənzilin sakinləri təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. (Apa.az)










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

End of content

No more pages to load

RADİO