Axşam radələrində Zaqatala şəhəri ərazisində iki avtomobilin toqquşması ilə qəza baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, “Vaz-2107” və “Vaz-2109” minik avtomobillərinin toqquşması nəticəsində rayonun Yuxarı Tala kənd sakini, 1990-cı il təvəllüdlü Əziz Kərimov və Muxax kənd sakini, 1968-ci il təvəllüdlü Ramazan Mahmudov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadasının köməyi ilə hər iki şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu