31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq səhər saatlarından etibarən Quba Soyqırımı Memorial Kompleksində ziyarətlər başlayıb.
Rəsmilər və vətəndaşlar 1918-ci ilin Mart soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək onların ruhuna dualar oxuyublar.
İlk ziyarətçilər Qusardan gələn nümayəndələr olub. Qusar rayon İcra Hakimiyyətinin, Xudat Sərhəd dəstəsinin rəisi, hüquq-mühafizə orqanlarının rəhbərləri, müxtəlif idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də sakinlər 108 il əvvəl törədilmiş qanlı hadisələrin günahsız qurbanlarının xatirəsini hörmətlə anıblar.
Ətraflı Bizim.Media-nın hazırladığı videosüjetdə:
Aytəkin Alxaslı, İntiqam İbrahimov, Bizim.Media, Şimal bürosu