Musiqi dinləməyin 4 faydası

Musiqi sağlamlıq və beyin funksiyalarına müxtəlif təsirlər göstərə bilir.

Bizim.Media xəbər verir ki, son illərdə aparılan elmi tədqiqatlar musiqinin insan bədəni və zehni üzərində təsirlərini daha yaxşı anlamağa kömək edən yeni nəticələr ortaya qoyub.

Sağalmanı sürətləndirir - California Northstate University College of Medicine tədqiqatçıları tərəfindən 2024-cü ildə aparılan araşdırma və meta-analiz göstərib ki, əməliyyatdan sonra musiqi dinləmək xəstələrin hiss etdiyi ağrını əhəmiyyətli dərəcədə azalda və ürək döyüntüsünü aşağı sala bilər. Ümumilikdə 35 araşdırmanın nəticələrinin təhlili göstərib ki, musiqi anesteziyadan ayılma mərhələsində yaşanan stressi azalda, narahatlıq və kortizol səviyyəsini aşağı sala bilər.

Demansiya riskini azalda bilər - Avstraliyanın Monash University tədqiqatçıları tərəfindən 2025-ci ildə aparılan araşdırmada arxa planda müntəzəm musiqi səslənməsinin demensiya riskini azalda biləcəyi müəyyən olunub. Tədqiqat çərçivəsində 70 yaş və üzəri 10 min 893 nəfər araşdırılıb. Nəticələrə görə, davamlı musiqi dinləyən insanlarda demensiya inkişaf etmə riski musiqi dinləməyən və ya nadir hallarda dinləyənlərlə müqayisədə 39 faiz daha az olub.

Bundan əlavə, musiqi aləti çalan insanlarda demensiya riskinin 35 faiz daha aşağı olduğu müəyyən edilib.
 

Beyin plastisliyi artıra bilər - Beynin yeni bacarıqlar öyrənməsinə imkan verən yenidən qurulma qabiliyyəti "beyin plastisliyi" adlanır. Araşdırmalar göstərir ki, musiqi ilə məşğul olmaq bu qabiliyyəti gücləndirə bilər.


Harvard Medical School tədqiqatçıları tərəfindən hazırlanaraq 2010-cu ildə "Neuroscientist" jurnalında dərc edilən araşdırma xüsusilə erkən yaşlarda musiqi təhsili almağın beyin plastisliyini artırdığını göstərib. Tədqiqatda bildirilib ki, kiçik yaşlarda musiqi təhsili alan uşaqların idrak qabiliyyətləri daha yüksək olur. Bir neçə araşdırma isə musiqi aləti çalan uşaqlarda beynin iki yarımkürəsi arasında əlaqəni təmin edən anterior corpus callosum hissəsinin daha böyük inkişaf etdiyini göstərib.

Canlı musiqi beyni daha güclü stimullaşdırır - Rəqəmsal platformalarda dinlənən yazılmış musiqinin də müxtəlif faydaları var. Lakin bəzi araşdırmalar canlı musiqinin beyin üzərində daha güclü təsir göstərə biləcəyini ortaya qoyur. University of Zurich tədqiqatçıları tərəfindən aparılan araşdırmada canlı konsertlərin yazılmış musiqi ilə müqayisədə daha güclü və davamlı nevroloji reaksiyalar yaratdığı müəyyən edilib.

Araşdırma zamanı iştirakçıların həm yazılmış piano musiqisini, həm də canlı pianistin ifasını dinləyərkən beyinlərindəki amigdala aktivliyi ölçülüb.

Nəticələr göstərib ki, canlı musiqi amigdala üzərində daha yüksək və daha sabit aktivlik yaradır. Həmçinin canlı ifa zamanı emosiyaların emalı ilə bağlı daha geniş sinir şəbəkəsində də aktivliyin artdığı müşahidə olunub. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xocalıda ağır qəza olub, ANAMA əməkdaşı həyatını itirib

Xocalıda ağır qəza olub, ANAMA əməkdaşı həyatını itirib

SON DƏQİQƏ: İran Türkiyəyə ballistik raket atıb

SON DƏQİQƏ: İran Türkiyəyə ballistik raket atıb

"Onu bütün filmlərdə öldürürdük..." - VİDEO

"Onu bütün filmlərdə öldürürdük..." - VİDEO

Aİ İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini UZATDI

Aİ İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini UZATDI

MEDİA nümayəndələri Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzində

MEDİA nümayəndələri Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzində

Bu məhsullar UCUZLAŞACAQ

Bu məhsullar UCUZLAŞACAQ

Qubada yol və işıq PROBLEMİ – Sakinlər üç gündür narahatdır - FOTO/VİDEO

Qubada yol və işıq PROBLEMİ – Sakinlər üç gündür narahatdır - FOTO/VİDEO

AEBA: İranın ağır su istehsalı zavodu sıradan çıxıb

AEBA: İranın ağır su istehsalı zavodu sıradan çıxıb

Şəmkirdə oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

Şəmkirdə oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış oldu

Zaqatalada dəhşətli QƏZA: Ölən və yaralılar var

Zaqatalada dəhşətli QƏZA: Ölən və yaralılar var

“Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

“Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

“O halda görüşməyə utanırdı” - Video

“O halda görüşməyə utanırdı” - Video

Musiqi dinləməyin 4 faydası

Musiqi dinləməyin 4 faydası

Nahardan sonra niyə adamı yuxu basır? – SƏBƏBİ bəlli oldu

Nahardan sonra niyə adamı yuxu basır? – SƏBƏBİ bəlli oldu

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

“Mən bu cahana sığmazam...” - Video

“Mən bu cahana sığmazam...” - Video

"Ən böyük xoşbəxtlik budur"

"Ən böyük xoşbəxtlik budur"

Su qızdırıcılarının təmizlənməsində təbii dövr: Kimyəvi maddələrlə vidalaşın

Su qızdırıcılarının təmizlənməsində təbii dövr: Kimyəvi maddələrlə vidalaşın

Hindistan Azərbaycana TƏŞƏKKÜR ETDİ

Hindistan Azərbaycana TƏŞƏKKÜR ETDİ

Ulu öndəri 29 il əvvəl ABŞ-da DUYĞULANDIRAN ANLAR: Heydər Əliyevin səfərindən TARİXİ KADRLAR - VİDEO

Ulu öndəri 29 il əvvəl ABŞ-da DUYĞULANDIRAN ANLAR: Heydər Əliyevin səfərindən TARİXİ KADRLAR - VİDEO

Bu ayda iş vaxtı norması azalacaq

Bu ayda iş vaxtı norması azalacaq

Şorbanın bilinməyən ziyanlı TƏRƏFLƏRİ

Şorbanın bilinməyən ziyanlı TƏRƏFLƏRİ

Kəmaləddin Heydərov vida mərasimində - Fotolar

Kəmaləddin Heydərov vida mərasimində - Fotolar

End of content

No more pages to load

RADİO