Tək cızıq kifayətdir: Pişiklərdən insanlara keçən göbələk növü aşkar edildi

Pişiklərdən insanlara yoluxa bilən Sporothrix brasiliensis göbələyi müəyyən edilib. Küçə pişikləri vasitəsilə sürətlə yayılan bu infeksiya, xüsusilə uşaqlar və immuniteti zəif olan şəxslər üçün ciddi risk yaradır.

Bizim.Media xəbər verir ki, tədqiqatçılar dəri infeksiyalarına səbəb olan Sporothrix brasiliensis adlı göbələyin Uruqvaya çatdığını təsdiqləyiblər.

Maldonado və Rocha bölgələrində həm heyvanlarda, həm də insanlarda aşkar edilən yoluxma halları bu göbələyin artıq lokal olaraq yayıldığını göstərir.

Alimlərin fikrincə, infeksiyanın yayılmasında ən böyük rolu pişiklər oynayır. Açıq yaralarda sıx şəkildə toplanan bu göbələk; cırmaqlama, dişləmə və ya birbaşa təmas vasitəsilə asanlıqla insana keçir. Xüsusilə küçə pişikləri geniş ərazilərdə gəzərək xəstəliyin fərq edilmədən yayılmasına səbəb olurlar.

Bu göbələyin maraqlı xüsusiyyəti var: xarici mühitdə bir formada olduğu halda, bədən daxilinə girdikdə daha kiçik və daha yoluxucu bir formaya çevrilir. Bu xüsusiyyət onun həm ətraf mühitdə sağ qalmasını, həm də canlı orqanizmdə sürətlə çoxalmasını təmin edir.

Simptomlar necə başlayır?

İnfeksiya adətən kiçik bir cızıqdan sonra yaranan qırmızı şişkinliklə başlayır. Zaman keçdikcə dəri altında irəliləyərək yeni yaralara səbəb ola bilir.
 

Pişiklərdə üz və baş nahiyəsində sağalmayan yaralar ən bariz əlamətdir. Mütəxəssislər xəstəliyin göbələk əleyhinə (antifunqal) dərmanlarla müalicə edildiyini, lakin bu prosesin həftələr, hətta aylar çəkə biləcəyini qeyd edirlər. Yanlış diaqnoz qoyularaq antibiotik istifadə edilməsi isə müalicəni daha da gecikdirir.


Uşaqlar, yaşlılar və immun sistemi zəif olanlar xəstəliyi daha ağır keçirirlər. Nadir hallarda infeksiya ağciyərlərə və ya beyin qılafına qədər yayıla bilər. Son illərdə Cənubi Amerika üzrə minlərlə yoluxma faktı qeydə alınıb və xəstəlik artıq regional epidemiyaya çevrilmək üzrədir.

Heyvan hərəkətliliyi göbələyin sərhədləri aşaraq yayılmasında kritik rol oynayır. Ev heyvanlarınızda və ya özünüzdə bu cür şübhəli yaralar gördükdə dərhal həkimə müraciət etmək lazımdır. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hindistan Azərbaycana TƏŞƏKKÜR ETDİ

Hindistan Azərbaycana TƏŞƏKKÜR ETDİ

Ulu öndəri 29 il əvvəl ABŞ-da DUYĞULANDIRAN ANLAR: Heydər Əliyevin səfərindən TARİXİ KADRLAR - VİDEO

Ulu öndəri 29 il əvvəl ABŞ-da DUYĞULANDIRAN ANLAR: Heydər Əliyevin səfərindən TARİXİ KADRLAR - VİDEO

Bu ayda iş vaxtı norması azalacaq

Bu ayda iş vaxtı norması azalacaq

Şorbanın bilinməyən ziyanlı TƏRƏFLƏRİ

Şorbanın bilinməyən ziyanlı TƏRƏFLƏRİ

Kəmaləddin Heydərov vida mərasimində - Fotolar

Kəmaləddin Heydərov vida mərasimində - Fotolar

Azərbaycan pambıq ixracından qazancını kəskin ARTIRIB

Azərbaycan pambıq ixracından qazancını kəskin ARTIRIB

DYP-dən ÇAĞIRIŞ: Bu yollarda intensiv hərəkət müşahidə olunur - FOTO

DYP-dən ÇAĞIRIŞ: Bu yollarda intensiv hərəkət müşahidə olunur - FOTO

Şəmkirdə DƏHŞƏT: 33 yaşlı kişi anasını qətlə yetirdi, sonra özünü yandırdı

Şəmkirdə DƏHŞƏT: 33 yaşlı kişi anasını qətlə yetirdi, sonra özünü yandırdı

İllər sonra səhnəyə qayıdır - Fotolar

İllər sonra səhnəyə qayıdır - Fotolar

Tofiq Musayevin UFC-də növbəti döyüşü bu tarixdə ola bilər

Tofiq Musayevin UFC-də növbəti döyüşü bu tarixdə ola bilər

Varlılar öz pullarını necə idarə edirlər? - Dünya və Azərbaycan TƏCRÜBƏSİ

Varlılar öz pullarını necə idarə edirlər? - Dünya və Azərbaycan TƏCRÜBƏSİ

Ucardakı ağır qəzada xəsarət alan qadının SON DURUMU

Ucardakı ağır qəzada xəsarət alan qadının SON DURUMU

Gəncə Şəhər Psixiatriya Xəstəxanasına baş həkim TƏYİN EDİLDİ

Gəncə Şəhər Psixiatriya Xəstəxanasına baş həkim TƏYİN EDİLDİ

Hər gün bu meyvələrdən yeyilməlidir

Hər gün bu meyvələrdən yeyilməlidir

"Bitcoin"in qiyməti rekord dərəcəyə yaxınlaşır

"Bitcoin"in qiyməti rekord dərəcəyə yaxınlaşır

Ehtiram Hüseynovun qızının toyu oldu - Video

Ehtiram Hüseynovun qızının toyu oldu - Video

Tək cızıq kifayətdir: Pişiklərdən insanlara keçən göbələk növü aşkar edildi

Tək cızıq kifayətdir: Pişiklərdən insanlara keçən göbələk növü aşkar edildi

Xalq artisti Rasim Balayev alqışlarla son mənzilə yola salındı - VİDEO

Xalq artisti Rasim Balayev alqışlarla son mənzilə yola salındı - VİDEO

Ucarda ağır QƏZA: Xəsarət alan var

Ucarda ağır QƏZA: Xəsarət alan var

Rasim Balayev dəfn olundu – VİDEO

Rasim Balayev dəfn olundu – VİDEO

30 mart-5 aprel tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

30 mart-5 aprel tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər SAXLANILDI

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər SAXLANILDI

Mart ayı bitmədən "bağçaya corab atın" çağırışı

Mart ayı bitmədən "bağçaya corab atın" çağırışı

Azərbaycanda şəkər və qənd istehsalı ARTIB

Azərbaycanda şəkər və qənd istehsalı ARTIB

End of content

No more pages to load

RADİO