Gəncədə qəza 3 nəfərin xəsarəti ilə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan “VAZ 2107” və “BYD” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Aytac Məmmədova, 2000-ci il təvəllüdlü Mina Tağıyeva və 1997-ci il təvəllüdlü Həbibə Qədimova müxtəlif dərəcəli bədən xəsarəti alaraq Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu