Qəbələdə yaşayış evində yanğın hadisəsi qeydə alınıb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Soltannuxa kəndində baş verib.
Vətəndaşa məxsus yaşayış evində başlayan yanğına dərhal FHN-nin yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Evin kimə məxsus olması və hadisənin səbəbləri ilə bağlı əlavə məlumatın veriləcəyi bildirilib.
Bizim.Media