Qazaxda 18 yaşlı qız boğularaq dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayon sakini, 2008-ci il təvəllüdlü A.Quliyeva yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək vəfat edib.
Yeniyetmənin meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu