3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

Yasamaldakı çoxmərtəbəli binada üç nəfərin ölümü ilə bağlı saxlanılan "Loft Dent" klinikasının direktoru Bəhruz Paşayev yenidən hakim qarşısına çıxarılıb.

Bizim.Media xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə onun barəsində qərar qəbul edilib.

Qərara əsasən, Bəhruz Paşayevin həbs müddəti daha 4 ay uzadılıb.

Xatırladaq ki, ötən il noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında ağır yanğın hadisəsi baş verib.
 

Baş Prokurorluğun məlumatına görə, binanın zirzəmisində başlayan yanğın nəticəsində üç sakin - Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova vəfat edib, 25 nəfər isə tüstüdən zəhərlənib.


İstintaqla müəyyən edilib ki, binanın zirzəmi və birinci mərtəbəsini icarəyə götürən "TAXES GROUP" MMC-nin ("Loft Dent" klinikası) direktoru Bəhruz Paşayev yanğın təhlükəsizliyi qaydalarına riayət etməyib.

Onun məhz bu qaydaları pozaraq ehtiyatsızlıqdan üç şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr yaranıb.

B.Paşayev ötən il noyabrın 24-də Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində ibtidai istintaq davam etdirilir.

Hadisədə təqsiri olan digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. (Unikal.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran Küveyti də VURDU - 10 hərbçi yaralandı

İran Küveyti də VURDU - 10 hərbçi yaralandı

Sürücülərin DİQQƏTİNƏ: 40 manat CƏRİMƏ gözləyir

Sürücülərin DİQQƏTİNƏ: 40 manat CƏRİMƏ gözləyir

Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"

Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"

Misirin keçmiş XİN başçısı Ərəb Dövlətləri Liqasının yeni baş katibi seçildi

Misirin keçmiş XİN başçısı Ərəb Dövlətləri Liqasının yeni baş katibi seçildi

Hamı bu VİDEODAN danışır

Hamı bu VİDEODAN danışır

Röya Aygünün mahnısını oxuyacaq

Röya Aygünün mahnısını oxuyacaq

Paşinyana hücum cəhdindən sonra daha bir nəfər TUTULDU

Paşinyana hücum cəhdindən sonra daha bir nəfər TUTULDU

Yer səthinin dərinliklərində 500 milyon il gizli qalan sirr ÜZƏ ÇIXDI

Yer səthinin dərinliklərində 500 milyon il gizli qalan sirr ÜZƏ ÇIXDI

Bu ərazidə 3 gündür istilik yoxdur

Bu ərazidə 3 gündür istilik yoxdur

Bakı–Sumqayıt yolunda avtomobil gölməçəyə düşdü

Bakı–Sumqayıt yolunda avtomobil gölməçəyə düşdü

Göyçay çayından sel keçir - FOTO

Göyçay çayından sel keçir - FOTO

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Roma Papası: Tanrı müharibə edənlərin dualarını eşitmir

Ararat Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı MÜƏMMALI AÇIQLAMA: “Hələlik arzudur”

Ararat Mirzoyandan Zəngəzur dəhlizi ilə bağlı MÜƏMMALI AÇIQLAMA: “Hələlik arzudur”

Çeçenistanda fövqəladə vəziyyət rejimi elan edildi

Çeçenistanda fövqəladə vəziyyət rejimi elan edildi

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT - Nasist meylləri artır

3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı

İran İsraildə kimya zavodunu bombaladı - VİDEO

İran İsraildə kimya zavodunu bombaladı - VİDEO

Hakan Fidan pakistanlı həmkarı ilə nəyi MÜZAKİRƏ ETDİ?

Hakan Fidan pakistanlı həmkarı ilə nəyi MÜZAKİRƏ ETDİ?

Rusiya ordusu Xarkovda yaşayış məntəqəsini İŞĞAL ETDİ

Rusiya ordusu Xarkovda yaşayış məntəqəsini İŞĞAL ETDİ

“Döyüş zamanı qolumu sındırdım” - Tofiq Musayev

“Döyüş zamanı qolumu sındırdım” - Tofiq Musayev

Naməlum şəxs avtomobili piyadaların üzərinə sürdü - 7 ağır yaralı var

Naməlum şəxs avtomobili piyadaların üzərinə sürdü - 7 ağır yaralı var

Bu məşhur aparıcı Rasim Balayevin qohumu imiş - FOTO

Bu məşhur aparıcı Rasim Balayevin qohumu imiş - FOTO

Avstraliyada səma qırmızıya boyandı - VİDEO

Avstraliyada səma qırmızıya boyandı - VİDEO

End of content

No more pages to load

RADİO