Zob haqqında doğru bildiklərimiz YALAN imiş – Niyə ən çox qadınlar bu xəstəlikdən əziyyət çəkir?

Son illərdə əhali arasında autoimmun xəstəlikləri xeyli artıb. Bu xəstəliklər arasında qalxanabənzər vəz xəstəliklərinə, xüsusilə də autoimmun mənşəli Haşimoto xəstəliyinə daha çox rast gəlinir. Bir çox insanlar xalq arasında zob deyilən bu xəstəlik haqqında bəzi məlumatları doğru hesab etsə də, əslində bu mövzuda cəmiyyətdə kifayət qədər yanlış təsəvvürlər mövcuddur.
 

Xüsusilə də zob xəstəliklərinin yod çatışmazlığından yarandığını düşünürlər. Halbuki bəzi hallarda, xüsusilə Haşimoto zobu zamanı yodun artıqlığı xəstəliyin gedişinə mənfi təsir göstərə bilər. Hətta dənizkənarı bölgələrdə yaşayan insanlarda bəzi əlavə risklər ola bilər. Çünki dəniz suyunun buxarlanmasında, eləcə də balıq və digər dəniz məhsullarında yod miqdarı daha yüksək olur. Yodun həddindən artıq qəbulu qalxanabənzər vəzə qarşı autoimmun reaksiyanı artıra və Haşimoto xəstəliyini ağırlaşdıra bilər.


Maraqlıdır ki, statistikaya görə Haşimoto zobuna qadınlarda daha çox rast gəlinir.

Bunun səbəbini endekrinoloq Afət Hüseynova Bizim.Media-ya belə izah etdi ki, bu, qadınlardakı hormonal xüsusiyyətlər, immun sisteminin fərqli fəaliyyəti və genetik amillərlə əlaqəlidir.

“Statistikaya görə Haşimoto qadınlarda kişilərə nisbətən 7-10 dəfə daha çox müşahidə olunur. Qadın hormonları, xüsusilə estrogen immun sisteminin fəaliyyətinə təsir edir. Bu da autoimmun xəstəliklərin qadınlarda daha tez yaranmasına səbəb ola bilər. Qadınlarda iki X xromosomu var və immun sistemi ilə bağlı bir çox gen məhz bu xromosomda yerləşir. Bu isə immun reaksiyaların daha aktiv olmasına səbəb ola bilər. Bundan başqa hamiləlik, menopauza dövründə də hormonların dəyişməsi qalxanabənzər vəzin fəaliyyətinə təsir edə bilər”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yol Polisindən rayondan qayıdan sürücülərə MÜRACİƏT

Yol Polisindən rayondan qayıdan sürücülərə MÜRACİƏT

Xaçmazda sinif yoldaşları 28 il sonra sel sayəsində GÖRÜŞDÜLƏR – VİDEO

Xaçmazda sinif yoldaşları 28 il sonra sel sayəsində GÖRÜŞDÜLƏR – VİDEO

“İkimiz də yorulmuşuq” – Zelenskinin həyat yoldaşı şikayətləndi

“İkimiz də yorulmuşuq” – Zelenskinin həyat yoldaşı şikayətləndi

Narkotikin təsiri altında avtomobil idarə etdi - Həbs olundu – FOTO

Narkotikin təsiri altında avtomobil idarə etdi - Həbs olundu – FOTO

Azərbaycanda unlu məmulatlarının istehsalı artıb

Azərbaycanda unlu məmulatlarının istehsalı artıb

Tramp: “ABŞ və İran yaxın günlərdə razılığa gələ bilər” – VİDEO

Tramp: “ABŞ və İran yaxın günlərdə razılığa gələ bilər” – VİDEO

Bakıda dəhşət: Qadın binadan yıxılaraq öldü

Bakıda dəhşət: Qadın binadan yıxılaraq öldü

Azərbaycanda makaron ehtiyatı kəskin ARTIB

Azərbaycanda makaron ehtiyatı kəskin ARTIB

Gəncədə ağır QƏZA: 3 qadın xəstəxanalıq oldu – ADLAR/FOTO

Gəncədə ağır QƏZA: 3 qadın xəstəxanalıq oldu – ADLAR/FOTO

Şirvanda evdə partlayış oldu: Xəsarət alan var - VİDEO

Şirvanda evdə partlayış oldu: Xəsarət alan var - VİDEO

Məktəblilər 10 gün dərsə getməyəcək - SƏBƏB

Məktəblilər 10 gün dərsə getməyəcək - SƏBƏB

“Gedən cismimdir, ruhum sizinlədir” – Bu gün Azərbaycan tamaşaçısı Rasim Balayevlə vidalaşacaq - VİDEO

“Gedən cismimdir, ruhum sizinlədir” – Bu gün Azərbaycan tamaşaçısı Rasim Balayevlə vidalaşacaq - VİDEO

Məsafədən bank hesabı açılması qaydaları QÜVVƏYƏ MİNDİ

Məsafədən bank hesabı açılması qaydaları QÜVVƏYƏ MİNDİ

Qaraçuxurda ağac yola aşdı - Hərəkət məhdudlaşdı – FOTO

Qaraçuxurda ağac yola aşdı - Hərəkət məhdudlaşdı – FOTO

Azərbaycan millisi beynəlxalq turnirdə ikinci oyununa ÇIXIR

Azərbaycan millisi beynəlxalq turnirdə ikinci oyununa ÇIXIR

Qəbələdə ev YANDI – FOTO

Qəbələdə ev YANDI – FOTO

İsrail Tehrana kütləvi hava hücumu etdi – VİDEO

İsrail Tehrana kütləvi hava hücumu etdi – VİDEO

Rasim Balayevin cənazəsi ölkəyə GƏTİRİLDİ - VİDEO

Rasim Balayevin cənazəsi ölkəyə GƏTİRİLDİ - VİDEO

Tramp Venesuela ssenarisinə uyğun İran neftini almaq İSTƏYİR

Tramp Venesuela ssenarisinə uyğun İran neftini almaq İSTƏYİR

GÜNÜN HAVASI: 20 dərəcə isti, yağış, qar...

GÜNÜN HAVASI: 20 dərəcə isti, yağış, qar...

Zob haqqında doğru bildiklərimiz YALAN imiş – Niyə ən çox qadınlar bu xəstəlikdən əziyyət çəkir?

Zob haqqında doğru bildiklərimiz YALAN imiş – Niyə ən çox qadınlar bu xəstəlikdən əziyyət çəkir?

"Brent" neftin qiyməti 19 martdan bəri ilk dəfə 115 dolları keçib

"Brent" neftin qiyməti 19 martdan bəri ilk dəfə 115 dolları keçib

Vinisius məşqlərə geri döndü

Vinisius məşqlərə geri döndü

Damarları açır, ürəyi gücləndirir

Damarları açır, ürəyi gücləndirir

End of content

No more pages to load

RADİO