Bakının kanalizasiya və su probleminin həlli: Nələr edilib və nələr nəzərdə tutulur?

Yağışın yağması Bakının su probleminin ciddi olduğunu bir daha ortaya qoydu. Yağan leysan kanalizasiya sisteminin normal işləməməsi fonunda şəhərdə və ətraf qəsəbələrdə çoxsaylı gölməçələrin yaranmasına səbəb oldu. Bu fonda isə problemin çözümü istiqamətində hansısa işlərin görülüb-görülmədiyilə bağlı əhalidə müəyyən suallar yaranır.

Bizim.Media xəbər verir ki, bakupost.az saytı məsələ ilə bağlı müəyyən araşdırmalar aparıb.

Məlum olur ki, kanalizasiya və su problemlərinin həlli üçün əslində böyük dövlət proqramları vardır. Məsələ Nazirlər Kabinetində dəfələrlə müzakirə olunub.

Rayonların 70-80 faizi kanalizasiya sistemilə təmin edilib

Xatırlayırsınızsa, 2011-ci ildə “Azərsu”nun o zamankı rəhbəri Qorxmaz Hüseynova tapşırılmışdı ki, Bakı buxtası və rayonların su təchizatı kimi məsələlər köklü şəkildə həll olunsun.

Nəticədə rayonların əksəriyyətində su təchizatı və kanalizasiya sistemləri ilə bağlı problemlər həll olundu. Araşdırmalara görə, hazırda ölkədə demək olar ki, rayonların 70–80 faizində kanalizasiya sistemi mövcuddur.
 

Bakıda isə vəziyyət tamamilə fərqlidir. Burada məsələnin həlli üçün çox ciddi investisiyalar tələb olunur. 2026-cı il yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı Prezident İlham Əliyevə təqdim edildi.


Həmin təqdimatlarda Bakı buxtasının, ümumilikdə Abşeron yarımadasının su və kanalizasiya problemlərinin həlli ilə bağlı böyük bir layihənin hazırlandığı bildirildi. Hazırda da bu istiqamətdə işlər davam etdirilir. Ümumi konsepsiya hazırlanıb, master plan var və onun detalları üzərində işlər aparılır.

Problem işin yarımçıq dayandırılmasındadır

Belə ki, layihə hazırlanır, razılaşdırılır, vəsaitin bir hissəsi ayrılır, lakin sonra davamı gəlmir. Nəticədə də vəsait axını zəifləyir. Bu da işlərin ləngiməsinə və probelmin həllini tapmamasına gətirib çıxarır.
 

Amma dünya təcrübəsi də göstərir ki, problemin həlli var. Adətəm yağış suları müvafiq xətlərlə dənizə axıdılmalıdır. Daha mütərəqqisi isə odur ki, bu sular əslində dənizə axıdılmamalı, toplanaraq parkların suvarılmasında istifadə olunmalıdır.


Məsələyə 40, 50, 100 illik bucaqdan baxmaq lazımdır. Çünki 10–15 illik yanaşma ilə bu problemi həll etmək mümkün deyil.

Bakı ətrafında böyük kollektorlar tikilir

Dövləy proqramına uyğun olaraq 2025-ci ilin ortalarından başlayaraq, Bakı ətrafında böyük kollektorların tikintisinə başlanılıb. Onlardan biri Bilgəh-Nardaran-Pirşağı, digəri isə Əl Oyunları Sarayından başlamaqla, Nobel prospektindən Zığdakı təmizləyici qyrğuya doğru gedən kollektordur. Bunlar 25-35 metr dərinliyində, 2,5 metr diametrdə olan nəhəng qurğulardır. Dərnəgül-Bakıxanov-Zığ xətti də Zığdakı təmizləyici qurğuya bağlı xəttdir.
 

Eyni zamanda, Boyük Şor ətrafı kollektoru da mövcuddur. Ceyranbatan-Müşfiq kollektoru isə Xırdalan, Binəqədi ərazisinin önəmli su hövzəsini tutur. Müşfiqdə ümumi həcmi 150 min kubluq olacaq təmizləyici qurğu da tikiləcək. Hazırda isə onun 75 min kubluq hissəsi tikilir. Xocəsəndən Lokbatana doğru uzanmaqla, sonuncu məntəqədə də həcmi sutkada 100 min kub olacaq böyük bir təmizləyici qurğu tikilir.


Bildirildiyinə görə, gələcəkdə onun həcminin 300 min kuba çatdırılması nəzərdə tutulur. Bu kollektorlar Yeni Yasamal, Xocəsən, Sulutəpə tərəfdəki kanalizasiyaları Lokbatandakı təmizləyici qurğulara istiqamətləndirəcək.

900 milyonluq layihəYağış suyu kollektorları ilə bağlı isə investisiya proqramları yoxdur. Məlumata görə, aydiyyəti qurumlar ilk növbədə kanalizasiya problemlərini və yalnız bundan sonra yağış suyu ilə bağlı məsələni həll etmək istəyir. Bu da kanalizasiya suyu ilə yağış sularının bir-birinə qarışdırılmasının doğru olmamasından irəli gəlir. Çünki qarışdırdıqda təmizləyici qurğulardakı bioloji proseslər pozulur və təmizlənmə istənilən səviyyədə aparılmır.
 

Yağış suyu keyfiyyətli olduğundan, duruldurdan sonra ondan yenidən suvarmada istifadə olunur və ya birbaşa dənizə axıdıla bilir. Kanalizasiya suyu isə mütləq şəkildə təmizləmədən keçməlidir.


Qeyd edilən layihələr üçün təxminən 900 milyon manat vəsait nəzərdə tutulub. 2025-ci ildə bu iş üçün 300 milyon manat ayrılıb. Bu il və gələn ildə də prosesə ciddi vəsaitlər ayrılacaq. Hansı ki, bu layihələr Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa nəzarətindədir.

Pirallahıda, Şüvəlanda, Sahil qəsəbəsində də gələn ildən başlayaraq bu tip layihələr icra olunacaq.

Unudulmuş kanalizasiya sistemi

Araşdırmalar göstərir ki, keçən əsrin 80-ci illərin ortalarından başlayaraq Bakının su kanalizasiya sisteminə ciddi investisiya qoyulmayıb. 1985-ci ildən bu tərəfə olan investisiyalar simvolik xarakter daşıyıb və əsasən də içməli su problemini çözməyə yönəlib.
 

Yəni birinci növbədə bu məsələni həll etməyə çalışırlar. Kanalizasiya və yağış zamanı küçələri suyun basması kimi hadisələr isə insanları ancaq yağıntı dövründə narahat edir. Onu da bildirək ki, Oğuz-Qəbələ, Kürdən gələn yeni xətt, Ceyranbatandan gələn əlavə Samur-Abşeron kanalı, Taxta Körpü Su Anbarı Abşeronun içməli suya tələbatını ödəmək üçün nəzərdə tutulan layihələrdir.


Prosesin gedişi belə deməyə əsas verir ki, lazımi qədər vəsait ayrılsa bu məsələlər çözülə biləcək işlərdir. Nəzəri və praktik olaraq onun həll yolları, işi görəcək mütəxəssislərimiz, tikinti şirkətləri də var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mədəniyyət Nazirliyindən Rasim Balayevin vəfatı ilə bağlı BAŞSAĞLIĞI - FOTO

Mədəniyyət Nazirliyindən Rasim Balayevin vəfatı ilə bağlı BAŞSAĞLIĞI - FOTO

“Yoxluğun dostların üçün sözlə ifadə olunmayan boşluqdur…” - VİDEO

“Yoxluğun dostların üçün sözlə ifadə olunmayan boşluqdur…” - VİDEO

Paşinyana hücumun arxasında kim dayanır? - FOTO

Paşinyana hücumun arxasında kim dayanır? - FOTO

Laçın məktəblilərinin bayram tətili gəzintisi - FOTO

Laçın məktəblilərinin bayram tətili gəzintisi - FOTO

"Eşref Rüya" ilə bağlı qərar verildi

"Eşref Rüya" ilə bağlı qərar verildi

Prezidentdən Cəmil Əliyevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cəmil Əliyevlə bağlı SƏRƏNCAM

MTRŞ-nın eks-aparat rəhbərinin villasını su apardı — FOTO

MTRŞ-nın eks-aparat rəhbərinin villasını su apardı — FOTO

Ukrayna işğal altındakı Krımda Rusiyanın üç iri hədəfini məhv etdi - VİDEO

Ukrayna işğal altındakı Krımda Rusiyanın üç iri hədəfini məhv etdi - VİDEO

Trampın İranla müharibəsi NATO-nu çökdürə bilər

Trampın İranla müharibəsi NATO-nu çökdürə bilər

Feldmarşal Paulusu əsir götürən hərbçi 102 yaşında vəfat etdi

Feldmarşal Paulusu əsir götürən hərbçi 102 yaşında vəfat etdi

Rasim Balayevin nəşi bu gün Azərbaycana gətiriləcək

Rasim Balayevin nəşi bu gün Azərbaycana gətiriləcək

Avtomobillərdən oğurluq edən şəxslər TUTULDU

Avtomobillərdən oğurluq edən şəxslər TUTULDU

Paşinyanla insidentdən sonra iki nəfər saxlanıldı - VİDEO

Paşinyanla insidentdən sonra iki nəfər saxlanıldı - VİDEO

“Zirə”nin futbolçusu millidəki debüt oyununda gözəl qol vurdu - VİDEO

“Zirə”nin futbolçusu millidəki debüt oyununda gözəl qol vurdu - VİDEO

Qarabağ Universitetinin tələbələri beynəlxalq müsabiqədə iştirak edir - FOTO

Qarabağ Universitetinin tələbələri beynəlxalq müsabiqədə iştirak edir - FOTO

Neft treyderləri sərbrsizliklə aprelin 6-nı gözləyir - Həmin gün nə baş verəcək?

Neft treyderləri sərbrsizliklə aprelin 6-nı gözləyir - Həmin gün nə baş verəcək?

Rasim Balayev vəfat etdi

Rasim Balayev vəfat etdi

Azərbaycanda küləkli hava ilə bağlı SARI XƏBƏRDARLIQ

Azərbaycanda küləkli hava ilə bağlı SARI XƏBƏRDARLIQ

Paşinyana yumruq atdılar - VİDEO

Paşinyana yumruq atdılar - VİDEO

Bakının kanalizasiya və su probleminin həlli: Nələr edilib və nələr nəzərdə tutulur?

Bakının kanalizasiya və su probleminin həlli: Nələr edilib və nələr nəzərdə tutulur?

Suriya hava məkanını bağladı

Suriya hava məkanını bağladı

Sumqayıtda sakinlərin həyatı və əmlakları TƏHLÜKƏ ALTINDA - VİDEO

Sumqayıtda sakinlərin həyatı və əmlakları TƏHLÜKƏ ALTINDA - VİDEO

Qobuda sürüşmə oldu - FOTO

Qobuda sürüşmə oldu - FOTO

Bloger böyük məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunur - DETALLAR

Bloger böyük məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunur - DETALLAR

End of content

No more pages to load

RADİO