Bakıda qayda pozan, təhlükəli manevrlər edən motosiklet sürücüsü ilə bağlı araşdırma aparılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Məlumatda qeyd edilib ki, görüntülərdə əks olunan motosikletin sürücüsü müəyyənləşdirilib:
"Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək iş baxılması üçün aidiyyəti məhkəməyə göndərilib".
Bizim.Media