Qazaxda iki avtomobilin toqquşması bir nəfərin ölümü ilə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza Qazax-Əskipara avtomobil yolunda qeydə alimin.
Hərəkətdə olan maşının "Kamaz" markalı yük avtomobilinə çırpılması nəticəsində minik maşınının olan sürücüsü, 1971-ci il təvəllüdlü Yuxarı Əskipara kənd sakini Məzahir İbrahimxəlilov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu