Kəlbəcər rayonunda yol nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İsti Su qəsəbəsində baş verib.
İlkin məlumata görə, "Amazon" şirkətinə məxsus "Hovo" markalı yük maşınının aşması nəticəsində sürücü, Göyçay sakini Tural İsmayılov (1987) və sərnişinlər, Kəlbəcər sakinləri Vüsal Məhərrəmov (1984), Elvin İsmayılov (1995) ölüb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu.