İnnovativ sosial informasiya şəbəkəsi nədir?

İnnovativ sosial informasiya anlayış nəyi ifadə edir?

Deepfake üsulla hazırlanan xəbərlərdən necə qorunaq?

İnnovativ sosial informasiya cəmiyyətdəki mürəkkəb problemləri (sosial problem, təhsil, səhiyyə, vətəndaş cəmiyyəti, mədəniyyət və s.) həll etmək, insan rifahını artırmaq üçün nəzərdə tutulmuş yeni, effektiv ideyalar, xidmətlər, modellər və ya yanaşmalarla bağlı məlumatların, xəbərlərin hazırlanaraq cəmiyyətə çatdırılmasına xidmət edir.

Və bununla da insanlar arasında sosial məlumatlandırmaq dəyəri formalaşır.

Sosial şəbəkələr arasında sosial körpünün qurulması isə qeyri leqal eləcə də feyk xəbərlərin daha tez aşkar edilməsini təmin edir.

Bu baxımdan sosial innovasiya cəmiyyətin üzləşdiyi sosial problemlərin həlli istiqamətində hazırlanan məmulatların obyektiv yayımına mühüm töhfələr verir.
 

İnnovasiya ideyanın satıla bilən məhsul və ya xidmətə çevrilməsi prosesinə aid olan bir anlayışdır. İnnovasiya yönümlü xəbər isə həmin xidmətlə bağlı məlumatların sosial şəbəkələrdə yayımlanmasıdır.


İnnovasiya xəbər üçün əlavə dəyər yaradır, eyni zamanda xəbərin informasiya yükünü daha da modernləşdirir.

İnnovativ informasiyanı üç (3) üfüq modeli ilə müqayisələndirsək yaranan model aşağıdakı üç üfüqdən ibarət olacaq:

1. Artan innovativ informasiya

2. Yeni innovativ informasiya

3. ⁠Pozucu və yaxud fake innovativ informasiya

Fərqli üfüqlərin diapazonları texnologiya və informasiyanın yeniliyi eləcə də cəmiyyət üçün faydalı məlumatların modernliyi səviyyəsinə əsaslanır.

Artan innovativ informasiya :

və ya digər mənbələrdən əldə olunan məlumatların daha da zənginləşdirilməsi və yeni faktların əlavə olunmasıdır

Yeni innovativ informasiya:

Məlumatın dəqiqləşdirilməsindən sonra yayıma hazırlanması üçün obyektivliyi və operativliyi təmin edən sistemdir

Pozucu və ya fake (deepfake üsulla) innovativ informasiya:

Reytinq üçün hazırlanan və cəmiyyəti çaşdırıcı məlumatlardan qorumaq, saxta yönümlü təsir gücü yaratmaq naminə təqdim olunan xəbərin aşkarlanmasını ortaya çıxarılmasıdır

Və burada "deepfake" üsulla hazırlanan xəbərlər daha da diqqət çəkir.

Sual olunur son zamanlar "deepfake" üsulla hazırlanan informasiyalar innovativ məlumatların modernləşdirilməsinə hansı aspektdə təsir edir?

Ümumiyyətlə məlumat bazasında "deepfake" xəbər nədir?

Dərin və qaranlıq internet anlayışı....

Qısa arayış...

İlk növbədə nəzər yetirək Deep web sisteminə.
 

Bu məzmunu standart veb axtarış mühərrikləri tərəfindən indeksləşdirilməyən Ümumdünya hörümçək toru hissəsidir. Termini elmə ilk dəfə kompüterşünas alim Maykl K. Berqman 2001-ci ildə, axtarış-indeksləmə termini kimi gətirmişdir.


Brauzerlərin İnternetin ilk tarixlərindən indeksləşdirə bilmədiyi məlumatları ehtiva edən minlərlə əlaqədən ibarət olan bir sistemdir.

Qeyd edək ki, normal axtarış sistemləri ilə tapılmayan bütün saytlar Dark vebə daxil edilmişdir.

"Dərin veb" terminlərinin "qaranlıq veb" ilə ilk qarışması 2009-cu ildə dərin veb axtarış terminologiyasının Freenet və darknet-də baş verən qeyri-qanuni fəaliyyətlərlə birlikdə müzakirə edildiyi zaman baş verdi.

Bu cinayət fəaliyyətlərinə şəxsi parolların, saxta şəxsiyyət sənədlərinin, narkotiklərin, odlu silahların və s. ticarəti daxildir.
 

O zamandan bu günədək medianın qara bazar veb-saytı İpək Yolu (The Silk Road) ilə bağlı reportajlarında istifadə etdikdən sonra media qurumları ümumiyyətlə qaranlıq internet və ya darknet ilə sinonim olaraq "dərin internet"dən istifadə etdilər, bəziləri bu müqayisəni qeyri-dəqiq kimi rədd edir və nəticədə davamlı qarışıqlıq mənbəyidir.


Təsadüfü deyil ki, Berqman adlı yazar "The Journal of Electronic Publishing" jurnalında dərc olunan dərin internetlə bağlı məqaləsində Jill Ellsworth-un 1994-cü ildə heç bir axtarış sistemində qeydiyyatdan keçməmiş vebsaytlara istinad etmək üçün Görünməz Veb terminindən istifadə etdiyini qeyd etdi.

İnnovativ informasiya modelində qara ləkə...

Deepfake yolla hazırlanan xəbərlər modern informasiya sisteminə zərbə kimi təqdim olunur. Və bu onunla bağlıdır ki, süni intellektin köməyi ilə hazırlanan, ictimai rəyi çaşdırmağa yönələn fake xəbər və ya saxta video müraciət formaları vətəndaşların fərdi məlumatlarını ələ keçirmək üçün istifadə olunur.

Bu isə innovativ informasiya modelində qara ləkədir.

Ümumiyyətlə saxta və yalan məlumat əsaslı kampaniyaların, "deepfake" texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə saxta xəbərlərdən qorunmaq isə çətinləşib.

Burada isə vətəndaş cəmiyyətinin, jurnalistlərin eləcə də ictimai fealların üzərinə böyük məsulliyət düşür. Və bu tip xəbərlər aşkar edildikdə dərhal rəsmi mənbələrə nəzər yetirilməlidir.

Dəqiqləşdirilməyən ictimai və ya siyasi əhəmiyyət kəsb edən məlumatların saxtalaşdırılaraq sosial şəbəkə platformalarında yayımlanması isə cəmiyyət üçün risk və təhlükə mənbəyidir.

Deepfakes- Dərin saxtakarlıqlar,informasiya silahı:
 

Deepfakes süni intellekt tərəfindən yaradılan video və ya səs yazılarıdır ki, sanki kimsə heç vaxt etmədiyi bir şeyi deyir və ya edirmiş kimi görünür. Məhz bu yolla şəxsiyyət oğurluğu və dezinformasiya imkanları yaradılır.


Deepfakes şəxsləri qaralamaq və saxtakarlıq etmək üçün istifadə edilir. Məsələn, səs şəxsiyyətiniz və həssas məlumatınız yanlış əllərə keçərsə, kibercinayətkar bankınızla əlaqə saxlamaq üçün saxta səsdən istifadə edirlər və bu baxımdan şəxsi məlumatlarımızı qorumaq önəmlidir.

Həmin məlumatları sosial şəbəkələrdə paylaşmaq əlehinizə istifadə olunan informasiya silahıdır.

Tural Əhmədov (jurnalist-yazar)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran Küveyt aeroportunu VURDU - VİDEO

İran Küveyt aeroportunu VURDU - VİDEO

Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO

Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO

"İnter Mayami"nin stadionundakı tribunalardan biri Messinin adını daşıyacaq

"İnter Mayami"nin stadionundakı tribunalardan biri Messinin adını daşıyacaq

Əraqçi doğma dilimizdə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Əraqçi doğma dilimizdə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

Kəlbəcərdə yük avtomobili aşdı, 3 nəfər həyatını itirdi

Kəlbəcərdə yük avtomobili aşdı, 3 nəfər həyatını itirdi

Sutka ərzində İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər HƏLAK OLUB

Sutka ərzində İsrailin zərbələri nəticəsində Livanda 47 nəfər HƏLAK OLUB

Vinisius millinin matçını buraxa bilər

Vinisius millinin matçını buraxa bilər

Bakıda yanğınla bağlı məlumata RƏSMİ REAKSİYA

Bakıda yanğınla bağlı məlumata RƏSMİ REAKSİYA

ABŞ və İsrail ordusu Tehranda peyk siqnallarını boğan sistemlərə zərbə endirdi - VİDEO

ABŞ və İsrail ordusu Tehranda peyk siqnallarını boğan sistemlərə zərbə endirdi - VİDEO

İnnovativ sosial informasiya şəbəkəsi nədir?

İnnovativ sosial informasiya şəbəkəsi nədir?

“Barselona”da CİDDİ İTKİ

“Barselona”da CİDDİ İTKİ

Paytaxt ərazisi yağış sularından belə təmizlənir - YENİLƏNİB/VİDEO

Paytaxt ərazisi yağış sularından belə təmizlənir - YENİLƏNİB/VİDEO

BŞİH müavini yağışın fəsad yaratdığı ərazilərə baxış keçirdi - VİDEO

BŞİH müavini yağışın fəsad yaratdığı ərazilərə baxış keçirdi - VİDEO

Mirzoyan Əraqçi ilə Yaxın Şərqdəki son vəziyyəti MÜZAKİRƏ ETDİ

Mirzoyan Əraqçi ilə Yaxın Şərqdəki son vəziyyəti MÜZAKİRƏ ETDİ

Mingəçevir su anbarında itkin düşən 5 nəfər TAPILDI

Mingəçevir su anbarında itkin düşən 5 nəfər TAPILDI

Məşhur idmançı HƏBS EDİLDİ

Məşhur idmançı HƏBS EDİLDİ

DİN hava ilə əlaqədar vətəndaşlara MÜRACİƏT ETDİ - VİDEO

DİN hava ilə əlaqədar vətəndaşlara MÜRACİƏT ETDİ - VİDEO

İsrail və ABŞ İrana güclü hava zərbələri endirib - VİDEO

İsrail və ABŞ İrana güclü hava zərbələri endirib - VİDEO

Su basmış ərazilərdən 84 nəfər təxliyə edildi, 20-si azyaşlıdır - VİDEO

Su basmış ərazilərdən 84 nəfər təxliyə edildi, 20-si azyaşlıdır - VİDEO

“Liverpul”dan Arda Gülərə sərfəli təklif

“Liverpul”dan Arda Gülərə sərfəli təklif

End of content

No more pages to load

RADİO