Güclü sel sularının dağıtdığı Quba-Xınalıq yolu artıq açılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yolun fəsadlar qeydə alınmış 31 və 32-ci kilometrliklərində bərpa-təmizləmə işləri aparılıb və nəqliyyat vasitələrinin hərəkəti qismən bərpa edilib.
Ərazidə həm Quba həm də əks istiqamətə avtomaşınlar maneəsiz hərəkət edir.
Quba FHK-dan Bizim.Media-ya verilən məlumata görə, yol kənarlarındaķı palçıq layları və qaya parçaları qarşıdakı günlərdə tam təmizlənəcək.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.