Lənkəranda yol qəzası baş verib, 5 nəfər xəsarət alıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Lənkəran–Lerik magistralının Şağlaküçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Toyota Prius” və “Opel” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində Xarxatan kəndi sakinləri 1997-ci il təvəllüdlü Mirşamil Hüseynzadə və Mirabidin Məmmədzadə, Şovu kəndi sakinləri 2005-ci il təvəllüdlü Aydan Alxaslı və 2004-cü il təvəllüdlü Elgin Məmmədli, həmçinin Rvo kəndi sakini 2005-ci il təvəllüdlü Fərid Ələsgərli müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilib, onlara ilkin tibbi yardım göstərilib.
Fakt üzrə araşdırma davam etdirilir.

Sabutay, Bizim.Media, Cənub bürosu.