Xaçmaz rayonunun Cığatay kəndində baş verən sel nəticəsində evlərdə köməksiz vəziyyətdə qalan sakinlər təxliyə olunub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyi-nin Şimal Regional Mərkəzi və Mülki Müdafiə Qoşunlarının həyata keçirdiyi xilasetmə tədbirləri nəticəsində ümumilikdə 22 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.
Təxliyə edilənlərdən 6-sı azyaşlı, 1-i isə əlilliyi olan şəxsdir.
Hazırda Xaçmaz rayon Fövqəladə Hallar Komissiyası (FHK) tərəfindən rayona dəyən ziyanın həcmi dəqiqləşdirilir.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu