Naftalan şəhərində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza Qaşaltı Qaraqoyunlu kəndində qeydə alınıb.
Belə ki, “VAZ 2107” və “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə Goranboy rayon Tapqaraqoyunlu kənd sakini 1963-cü il təvəllüdlü Zamir Nağıyev hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media