Bu gün səhərdən Bakıya yağan güclü yağış bir sıra fəsadlar törədib.
Bizim.Media "Real TV"yə istinadla xəbər verir ki, aramsız yağışlar nəticəsində Sabunçu rayonu ərazisindəki tuneli su basıb.
Bu səbəbdən tunel nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.
Həmçinin yağıntıların çox olduğu bəzi ətraf qəsəbələrdə də evlərin həyətlərini su basdığı bildirilir.
Bizim.Media