Elmə məlum olan minə yaxın maddə qocalma prosesini yavaşlatmaq xüsusiyyətinə malikdir.
Biologiya elmləri doktoru Aleksey Moskalyov bildirir ki, bu maddələr arasında hər kəs üçün əlçatan olan bioloji aktiv əlavələr xüsusi yer tutur.
Bizim.Media xəbər verir ki, alimin sözlərinə görə, qocalma əleyhinə vasitələri üç qrupa bölmək olar:
Dərman preparatları, qida əlavələri və gündəlik qidalarda olan maddələr.
Ən effektiv vasitələr sırasına qlisin, astaksantin və L-karnitin daxildir.
Bu təbii birləşmələr hüceyrələrin aşınmasına qarşı mübarizə aparmağa kömək edir.
Dərman preparatları arasında isə şəkərli diabet əleyhinə istifadə olunan bəzi müasir vasitələr ürəyi, beyni qorumaq və xərçəng riskini azaltmaq qabiliyyəti ilə seçilir.
Lakin bu tip dərmanlar yalnız həkim nəzarəti ilə qəbul edilməlidir.
Qocalmanı ləngitməyin ən sadə yolu isə düzgün qidalanma rejimidir.
Moskalyov rasiona karrı ədviyyatı, göyərti, giləmeyvə, tünd şokolad, zeytun yağı, çay və qəhvə daxil etməyi məsləhət görür.
Bu qidaların tərkibində onlarla faydalı maddə mövcuddur. (Demokrat.az)
Bizim.Media