Gəncədə 15 yaşlı yeniyetməni maşın vurub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Avtozavod qəsəbəsində baş verib.
Hərəkətdə olan naməlum avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyada - 2011-ci il təvəllüdlü Z. Məmmədzadəni vurub və hadisə yerindən qaçıb. Yeniyetmə xəstəxanaya yerləşdirilib, ona ilkin tibbi yardım göstərilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu