5000 illik sirr: Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük?

İnsanlar gündə 24 saat, bir saatda isə 60 dəqiqə olduğunu qəbul edib. Lakin bu bölgünün niyə məhz belə qurulduğu çoxları üçün maraqlı sual olaraq qalır.

Bizim.Media “Qaynarinfo.az”a istinadən xəbər verir ki, 1793-cü ilin oktyabrında Fransa bu sistemi dəyişməyə cəhd edib.

İnqilabdan sonra qəbul edilən qərara əsasən, gün 10 saata bölünməli, hər saat 100 "onluq dəqiqə”, hər dəqiqə isə 100 "onluq saniyə”dən ibarət olmalı idi.
 

Bu sistem daha geniş təqvim islahatının bir hissəsi idi və ilin strukturunu rasionallaşdırmaq məqsədi daşıyırdı. Hətta şəhər binalarında yeni saatlar quraşdırılmış, rəsmi tədbirlər bu sistemlə qeyd edilməyə başlanmışdı.


Lakin bu yenilik ciddi problemlər yaratdı.

Mövcud saatların yenidən qurulması çətin idi, sistem Fransa ilə digər ölkələr arasında uyğunsuzluq yaradırdı, kənd əhalisi isə istirahət gününün yalnız hər 10 gündən bir olmasından narazı idi.

Nəticədə onluq zaman sistemi cəmi bir ildən bir qədər çox davam gətirdi.

Vaxtın kökləri: Altmışlıq say sistemi

Müasir zaman bölgüsünü anlamaq üçün qədim Mesopotamiyaya – şumerlər dövrünə qayıtmaq lazımdır.
 

Təxminən e.ə. 5300–1940-cı illərdə yaşamış bu xalq ilk yazı sistemlərindən birini və 60 əsaslı say sistemini yaradıb.


Bu sistemin mənşəyi ilə bağlı maraqlı ehtimallardan biri insan əlidir.

Bir əlin barmaqlarında (baş barmaqdan başqa) üç oynaq var və ümumilikdə 12 oynaq saymaq mümkündür. Digər əlin barmaqları ilə bu "12”-ləri saydıqda 60-a qədər hesablamaq olur.

Şumerlər bu sistemi kənd təsərrüfatı və iqtisadi hesablamalar üçün istifadə edirdilər. Onlar gil lövhələr üzərində qeydlər apararaq 60 əsaslı say sistemini tətbiq edirdilər.

Bu sistemdə 59-dan sonra növbəti rəqəm yeni mərtəbəyə keçməklə göstərilirdi.

Bu yanaşma çox praktik idi. Çünki 60 ədədini 1, 2, 3, 4, 5, 6, 10, 12, 15, 20, 30 və 60-a qalıqsız bölmək mümkündür.

Bu isə ölçmə və hesablamaları xeyli asanlaşdırırdı.

Misirlilər və saatın yaranması
 

Günü saatlara bölən ilk sivilizasiya qədim misirlilər olub. Təxminən e.ə. 2500-cü illərə aid mənbələrdə günün 12 hissəyə bölündüyü qeyd olunur. Gecə vaxtını ölçmək üçün isə ulduz saatlarından istifadə edilirdi.


Sonralar gün və gecə birlikdə 24 saatlıq sistemə çevrildi. Günəş və su saatları isə e.ə. 1500-cü illərdə geniş yayılmağa başladı.

Dəqiqə və saniyələrin ortaya çıxması

Şumerlərin sistemini daha sonra babililər inkişaf etdirdi. Onlar günü və gecəni 12 hissəyə bölməklə yanaşı, daha dəqiq astronomik hesablamalar üçün vaxtı kiçik hissələrə ayırmağa başladılar.
 

Beləliklə, daha sonra "dəqiqə” və "saniyə” anlayışlarının əsası qoyuldu. Bu sistem qədim yunanlar tərəfindən də qəbul edildi və zamanla bütün dünyaya yayıldı.


Vaxt ölçməsinin inkişafı

Zamanın ölçülməsi texnologiyaları əsrlər boyu inkişaf edib:

XII əsr: ilk mexaniki saatlar yaradıldı

XVI əsr: saatların dəqiqliyi hələ də gündə 10–15 dəqiqə səhv edirdi

XVIII əsr: dəqiq saatların yaranması ilə dəqiqə və saniyələr gündəlik həyata daxil oldu

1920-ci illər: kvarslı saatlar yüksək dəqiqlik təmin etdi

1950-ci illər: atom saatları yaradıldı və maksimum dəqiqlik əldə olundu

Bu gün istifadə etdiyimiz saat, dəqiqə və saniyə anlayışları minilliklər boyu formalaşmış təsadüfi, lakin son dərəcə praktik bir sistemin nəticəsidir.

Bu sistem o qədər dərin kök salıb ki, onu dəyişmək artıq demək olar ki, mümkün deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Burger yediyimə görə milliyə çağırılmadım” - Video

“Burger yediyimə görə milliyə çağırılmadım” - Video

Kürdəmirdə evdən kişi meyiti TAPILDI - FOTO

Kürdəmirdə evdən kişi meyiti TAPILDI - FOTO

Vüsalə: Qızım mənim verilişimə baxmır

Vüsalə: Qızım mənim verilişimə baxmır

Ötən gün aşkarlanan silah-sursatın SAYI

Ötən gün aşkarlanan silah-sursatın SAYI

İrandan ABŞ-ın danışıqlar təklifinə CAVAB – Tehranın DÖRD ŞƏRTİ

İrandan ABŞ-ın danışıqlar təklifinə CAVAB – Tehranın DÖRD ŞƏRTİ

Bakı-Qazax yolunda mikroavtobus qəzaya uğradı: 9 NƏFƏR YARALANDI – VİDEO

Bakı-Qazax yolunda mikroavtobus qəzaya uğradı: 9 NƏFƏR YARALANDI – VİDEO

ABŞ-dan TƏCİLİ ÇAĞIRIŞ – Bu ölkəni tərk edin

ABŞ-dan TƏCİLİ ÇAĞIRIŞ – Bu ölkəni tərk edin

Azərbaycanda donuzlar çoxalır – Bölgələr üzrə RƏQƏMLƏR

Azərbaycanda donuzlar çoxalır – Bölgələr üzrə RƏQƏMLƏR

Anti-Azərbaycan narrativləri fonunda sözlə deyil, əməllə sübuta yetirilən MÖVQE

Anti-Azərbaycan narrativləri fonunda sözlə deyil, əməllə sübuta yetirilən MÖVQE

Hava ilə bağlı XƏBƏRDARLIQ – Qar yağacaq, yollar buz bağlayacaq

Hava ilə bağlı XƏBƏRDARLIQ – Qar yağacaq, yollar buz bağlayacaq

Hər gün tünd şokolad yemək üçün mühüm səbəb

Hər gün tünd şokolad yemək üçün mühüm səbəb

45 yaşlı kişini inək vurdu - Xəstəxanalıq oldu

45 yaşlı kişini inək vurdu - Xəstəxanalıq oldu

Zelenski: “Putin müharibəni bitirmək istəmir”

Zelenski: “Putin müharibəni bitirmək istəmir”

Xalq artistinin bloger qızı ana oldu - FOTO

Xalq artistinin bloger qızı ana oldu - FOTO

15 yaşlı piyadanı maşınla vurub, hadisə yerindən QAÇDI

15 yaşlı piyadanı maşınla vurub, hadisə yerindən QAÇDI

Şəkinin Kiçik Dəhnə kənd orta məktəbinin məzunları 47 ildən sonra bir arada – FOTO

Şəkinin Kiçik Dəhnə kənd orta məktəbinin məzunları 47 ildən sonra bir arada – FOTO

Yaşı 40-dan yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 40-dan yuxarı olanların NƏZƏRİNƏ

5000 illik sirr: Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük?

5000 illik sirr: Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük?

ABŞ-İran danışıqlarına bu ölkə vasitəçilik edir – RƏSMİ

ABŞ-İran danışıqlarına bu ölkə vasitəçilik edir – RƏSMİ

Xaçmazda avtomobildə sıxılı qalan qadın belə xilas edildi – VİDEO

Xaçmazda avtomobildə sıxılı qalan qadın belə xilas edildi – VİDEO

Ağdamda minaya düşən Ceyhunun - Fotosu

Ağdamda minaya düşən Ceyhunun - Fotosu

Ağdamda minaya düşən Ceyhun Abbasovun SON DURUMU

Ağdamda minaya düşən Ceyhun Abbasovun SON DURUMU

Lənkəranda AĞIR QƏZA – Azyaşlını maşın vurdu

Lənkəranda AĞIR QƏZA – Azyaşlını maşın vurdu

Atasını belə təbrik etdi - Fotolar

Atasını belə təbrik etdi - Fotolar

End of content

No more pages to load

RADİO