Gəncədə baş verən yanğında bir nəfər həyatını itirib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.
İlkin məlumata görə, yanğın zamanı bir nəfərin tüstüdən zəhərlənərək öldüyü bildirilir.
Hadisə yerinə FHN-nın Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub.
Ölən şəxsin kimliyi müəyyənləşdirilir. Yanğının baş vermə səbəbləri araşdırılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu