ADNSU dünya reytinqində iki fənn üzrə yüksək pillədə qərarlaşıb - FOTO

“Quacquarelli Symonds (QS)” reytinq agentliyi dünyanın ən yaxşı universitetlərinin 2026-cı il üçün fənn sahələri üzrə reytinq cədvəlini dərc edib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) dünyanın ən nüfuzlu ali təhsil reytinqlərindən biri hesab olunan QS reytinqinin 2026-cı il nəticələrində iki fənn üzrə qlobal siyahıya daxil olub. 

Reytinqin nəticələrinə əsasən ADNSU neft mühəndisliyi istiqaməti üzrə 101–150, Kompüter elmləri və informasiya sistemləri istiqaməti üzrə isə 451–500 intervalında qərarlaşıb.

2026-cı il buraxılışında dünya üzrə 6200-dən çox ali təhsil müəssisəsi təhlil olunub. Onlardan 1912 universitet 55 müxtəlif fənn istiqaməti üzrə qlobal reytinq siyahısına daxil edilib. 
 

Əldə olunan nəticələr universitetin xüsusilə mühəndislik və texnologiya sahələrində akademik potensialının və elmi fəaliyyətinin beynəlxalq səviyyədə tanındığını göstərir. 


Neft mühəndisliyi istiqaməti üzrə əldə olunan mövqe universitetin bu sahədə qlobal reytinqdə yer alan əsas ixtisas istiqamətlərindən biri kimi mövqeyini qoruduğunu nümayiş etdirir. Bundan əlavə, ADNSU 2024-cü ildə də fənn sahələri üzrə QS reytinqində neft mühəndisliyi istiqaməti üzrə qlobal siyahıya daxil olmuşdu. 

Kompüter elmləri sahəsisində isə 2020–2024-cü illər ərzində universitet alimləri tərəfindən 500-dən çox elmi məqalə dərc olunub və bu tədqiqatlar minlərlə elmi istinad əldə edib. Eyni zamanda sahə üzrə 356 müəllifin elmi fəaliyyəti qeydə alınıb və orta hesabla hər bir elmi məqaləyə 5-dən çox istinad düşür. 
 

Qeyd edək ki, QS tərəfindən hər il hazırlanan bu reytinq cədvəli universitetləri akademik reputasiya, işəgötürən reputasiyası, elmi məqalələrə edilən istinadlar, H-indeksi və beynəlxalq elmi əməkdaşlıq kimi göstəricilər əsasında qiymətləndirir.


Bu indikatorlar ali məktəblərin həm tədris, həm də tədqiqat fəaliyyətinin qlobal səviyyədə nə dərəcədə tanındığını göstərir. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

Apreldə 8 gün iş OLMAYACAQ

Apreldə 8 gün iş OLMAYACAQ

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Ən etibarlı alman avtomobilləri - SİYAHI

Ən etibarlı alman avtomobilləri - SİYAHI

Quterreş ABŞ, İsrail və İranı hərbi əməliyyatları dayandırmağa çağırıb

Quterreş ABŞ, İsrail və İranı hərbi əməliyyatları dayandırmağa çağırıb

"Həzi Aslanov" nə vaxt açılacaq? - RƏSMİ

"Həzi Aslanov" nə vaxt açılacaq? - RƏSMİ

“Milan” Rafael Leao barədə qərar verdi

“Milan” Rafael Leao barədə qərar verdi

İranın tanınmış kəşfiyyatçısı ÖLDÜRÜLDÜ - FOTO

İranın tanınmış kəşfiyyatçısı ÖLDÜRÜLDÜ - FOTO

Mirzoyan: Ermənistanla Azərbaycan arasında sülh öz etibarlılığını sübut edib

Mirzoyan: Ermənistanla Azərbaycan arasında sülh öz etibarlılığını sübut edib

Həmin şəxsin valideyn pensiyasını almaq hüququ yoxdur — VACİB

Həmin şəxsin valideyn pensiyasını almaq hüququ yoxdur — VACİB

Gəncədə ağır qəza: Yaralılar arasında uşaqlar da var

Gəncədə ağır qəza: Yaralılar arasında uşaqlar da var

“Şamaxı”nın futbolçusu Premyer Liqa klublarının hədəfində

“Şamaxı”nın futbolçusu Premyer Liqa klublarının hədəfində

Bu yaz dörd BÜRCÜN həyatı əbədi dəyişəcək

Bu yaz dörd BÜRCÜN həyatı əbədi dəyişəcək

Bayramda çox yeyənlərin nəzərinə: Bunları etməlisiniz

Bayramda çox yeyənlərin nəzərinə: Bunları etməlisiniz

ADNSU dünya reytinqində iki fənn üzrə yüksək pillədə qərarlaşıb - FOTO

ADNSU dünya reytinqində iki fənn üzrə yüksək pillədə qərarlaşıb - FOTO

Dubay milyonçuları süni intellektdən müharibədən hara qaçacaqlarını soruşdular - Aldıqları CAVAB

Dubay milyonçuları süni intellektdən müharibədən hara qaçacaqlarını soruşdular - Aldıqları CAVAB

ABŞ-dan İranla bağlı GÖZLƏNİLMƏZ ADDIM - Danışıqlar təklifi nəyə hesablanıb? - Brayzadan ÖZƏL AÇIQLAMA

ABŞ-dan İranla bağlı GÖZLƏNİLMƏZ ADDIM - Danışıqlar təklifi nəyə hesablanıb? - Brayzadan ÖZƏL AÇIQLAMA

İran rəsmisi: İran ABŞ-nin təklifinə müsbət cavab verməyib

İran rəsmisi: İran ABŞ-nin təklifinə müsbət cavab verməyib

Qazaxıstan hökuməti: Xəzər dənizi ilə bağlı yeni layihə hazırlanır

Qazaxıstan hökuməti: Xəzər dənizi ilə bağlı yeni layihə hazırlanır

Avropada ilk dəfə: İnsan "quş qripi"nə yoluxdu

Avropada ilk dəfə: İnsan "quş qripi"nə yoluxdu

Abubakar “Neftçi”ni tərk edir?

Abubakar “Neftçi”ni tərk edir?

Azərbaycan bu il neçə ton çay ixrac edib?

Azərbaycan bu il neçə ton çay ixrac edib?

Evini ChatGPT vasitəsilə satdı: 100 min dollar daha çox qazandı

Evini ChatGPT vasitəsilə satdı: 100 min dollar daha çox qazandı

Servis mərkəzlərində gizli tələ: Müştəriləri belə aldadırlar

Servis mərkəzlərində gizli tələ: Müştəriləri belə aldadırlar

End of content

No more pages to load

RADİO