Bu şəxslər sağlamlığına dəymiş zərərə görə kompensasiya ala bilər – Ali Məhkəmədən QƏRAR

Azərbaycan Respublikasının Ali Məhkəməsi 24 dekabr 2025-ci il tarixdə qəbul edilmiş “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarında sağlam ətraf mühitdə yaşamaq hüququna dair mühüm izahlar verib.

Qərarda qeyd edilib ki, sağlam ətraf mühitdə yaşamaq hüququ şəxsin ekoloji cəhətdən təmiz, əlverişli və təhlükəsiz ətraf mühitdə yaşamasına təminat verir.

Bizim.Media xəbər verir ki, bu hüquq Konstitusiyanın 39-cu maddəsi, Azərbaycan Respublikasının tərəfdaş olduğu beynəlxalq hüquqi sənədlər, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunları və digər aidiyyəti normativ hüquqi aktlarla qorunur.

Sağlam ətraf mühitdə yaşamaq hüququna aşağıdakı elementlər daxildir:

- hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq hüququ;

- ekoloji hüquqpozma ilə əlaqədar sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ;

- ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükənin törədilməsinin və ya zərərin vurulmasının qadağan edilməsi;

- ekoloji tarazlığının saxlanılması,

yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunması hüququ.

Ekoloji cəhətdən təmiz, əlverişli və təhlükəsiz ətraf mühit dedikdə çirklənməmiş mühit (hava, torpaq, su, yerin təki, flora və fauna) və başqa formada zərərdən azad ekosistem başa düşülür.

Mülki hüquqi aspektdə ekoloji hüquqpozmalar aşağıdakılardır:

1. Ətraf mühitin çirklənməsi:

- fiziki (səsküy, toz, radiasiya, istilik, vibrasiya və s.);

- kimyəvi (qaz, neft məhsulları, pestisidlər, ağır metallar və s.);

- bioloji (bakteriyalar, virus, göbələk və s.);

- mexaniki (plastik tullantılar, tikinti qalıqları və s.)

2. Ekosistemə zərər vurulması:

- ağacların qırılması

- torpağın şoranlaşması və eroziyası,

- su hövzələrinin qurudulması,

- bioloji müxtəlifliyin azalması və s

Ekoloji hüquqpozmaların törədilməsi şəxsin sağlam ətraf mühitdə yaşamaq hüququ ilə yanaşı, işin faktiki hallarından asılı olaraq aidiyyəti üzrə onun sağlamlığının qorunması və digər şəxsiyyət hüquqlarının pozulmasına, habelə mənəvi zərərin vurulmasına səbəb ola bilər.
 

Bu hüquqların müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərinin irəli sürülməsi hüququ yol verilmiş ekoloji hüquqpozmaların fiziki şəxsin şəxsiyyət hüquqlarına birbaşa hüquqazidd müdaxilə ilə nəticələndiyi halda yaranır.


Sağlam ətraf mühitdə yaşamaqla bağlı kollektiv maraqların müdafiəsi məqsədi ilə qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) da şəxsiyyət hüquqlarının müdafiəsinə dair iddialar qaldıra bilərlər. Bu iddialar üzrə qeyri-hökumət təşkilatlarının öz xeyirlərinə maddi və mənəvi zərərin kompensasiyası tələbləri istisna olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran rəsmisi: İran ABŞ-nin təklifinə müsbət cavab verməyib

İran rəsmisi: İran ABŞ-nin təklifinə müsbət cavab verməyib

Qazaxıstan hökuməti: Xəzər dənizi ilə bağlı yeni layihə hazırlanır

Qazaxıstan hökuməti: Xəzər dənizi ilə bağlı yeni layihə hazırlanır

Avropada ilk dəfə: İnsan "quş qripi"nə yoluxdu

Avropada ilk dəfə: İnsan "quş qripi"nə yoluxdu

Abubakar “Neftçi”ni tərk edir?

Abubakar “Neftçi”ni tərk edir?

Azərbaycan bu il neçə ton çay ixrac edib?

Azərbaycan bu il neçə ton çay ixrac edib?

Evini ChatGPT vasitəsilə satdı: 100 min dollar daha çox qazandı

Evini ChatGPT vasitəsilə satdı: 100 min dollar daha çox qazandı

Servis mərkəzlərində gizli tələ: Müştəriləri belə aldadırlar

Servis mərkəzlərində gizli tələ: Müştəriləri belə aldadırlar

Apreldə yeni iş təklifi alacaq BÜRCLƏR

Apreldə yeni iş təklifi alacaq BÜRCLƏR

İrandan İsrailin ən böyük elektrik stansiyasına raket hücumu – VİDEO

İrandan İsrailin ən böyük elektrik stansiyasına raket hücumu – VİDEO

“Kəmalə Günəşlinin çox gözəl səsi var” – VİDEO

“Kəmalə Günəşlinin çox gözəl səsi var” – VİDEO

Millimizin hazırlığı davam edir - FOTO

Millimizin hazırlığı davam edir - FOTO

Bu şəxslər pensiyasız qala bilər

Bu şəxslər pensiyasız qala bilər

Gəncədə gənc qadın Nizami məqbərəsinin körpüsündən YIXILDI

Gəncədə gənc qadın Nizami məqbərəsinin körpüsündən YIXILDI

Norvuzdan sonra qonşu bölgələrdə yaşayanlar da Qaxın bu kəndinə axın edir – FOTO/VİDEO

Norvuzdan sonra qonşu bölgələrdə yaşayanlar da Qaxın bu kəndinə axın edir – FOTO/VİDEO

Xatirə atasının FOTOsunu paylaşıb bunu yazdı

Xatirə atasının FOTOsunu paylaşıb bunu yazdı

Rusiyalı nazir: “İlk növbədə qonşu ölkələri, sonra isə...”

Rusiyalı nazir: “İlk növbədə qonşu ölkələri, sonra isə...”

Azərbaycan-Portuqaliya matçının hakimləri AÇIQLANDI

Azərbaycan-Portuqaliya matçının hakimləri AÇIQLANDI

Əvvəl qəzəblənib sonra düşünən BÜRCLƏR

Əvvəl qəzəblənib sonra düşünən BÜRCLƏR

İrana bağlı qruplar ABŞ bazasına HÜCUM ETDİ – ANBAAN VİDEO

İrana bağlı qruplar ABŞ bazasına HÜCUM ETDİ – ANBAAN VİDEO

Bu şəxslər sağlamlığına dəymiş zərərə görə kompensasiya ala bilər – Ali Məhkəmədən QƏRAR

Bu şəxslər sağlamlığına dəymiş zərərə görə kompensasiya ala bilər – Ali Məhkəmədən QƏRAR

Hər gün bir qaşıq zeytun yağı içməyin inanılmaz faydası

Hər gün bir qaşıq zeytun yağı içməyin inanılmaz faydası

Bu şəxslərin pensiyası övladına veriləcək

Bu şəxslərin pensiyası övladına veriləcək

82 il sonra Leninqrada aviabomba atıldı – FOTO

82 il sonra Leninqrada aviabomba atıldı – FOTO

Biləsuvarda ağır qəza – Yaralılar var – VİDEO

Biləsuvarda ağır qəza – Yaralılar var – VİDEO

End of content

No more pages to load

RADİO