Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.
Qəza nəticəsində 1958-ci il təvəllüdlü Ağayev Nəsrəddin Müzəffər oğlu və 1971-ci il təvəllüdlü Ağayev Yunus Müzəffər oğlu ölüb. 1991-ci il təvəllüdlü Ağayev Sənan və Aslanova Könül müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar ilkin tibbi yardımdan sonra Gəncədəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Qarabağ bürosu