Yevlax sakini Qaxda ölü tapılıb. Hadisə bu gün səhər saatlarında baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1974-cü il təvəllüdlü Zahir adlı şəxsin meyiti Qax rayonunda işlədiyi kafedə tapılıb.
Yevlax rayon Xanabad kənd sakini olan 52 yaşlı şəxs Qax rayonunun Qaysarlı kəndində yerləşən kafələrin birində aşpaz işləyirmiş. O, səhər saatlarında kafedə ölü tapılıb.
İlkin ehtimala görə, mərhum infarktdan vəfat edib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu